Modern.az

Əfqanıstanda ABŞ hərbi bazasının 8 mühafizəçisi öldürülüb

Əfqanıstanda ABŞ hərbi bazasının 8 mühafizəçisi öldürülüb

Dünya

20 İyun 2017, 10:39

Əfqanıstanın Pərvan vilayətində silahlıların hücumu nəticəsində ABŞ hərbi bazasının 8 mühafizəçisi həlak olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, mühafizəçilər əfqanıstanlı olub.

Vilayətin qubernatoru Vahidə Şahkar bildirib ki, daha iki əməkdaş isə xəsarət alıb.

Onun sözlərinə görə, mühafizəçilər ABŞ Silahlı Qüvvələrinin iri aviabazasına gedərkən Baqram şəhərində hücuma məruz qalıblar.

Araşdırma aparılır. Hələ heç bir təşkilat hadisəyə görə məsuliyyətinə üzərinə götürməyib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü