Modern.az

Formula-1 Azərbaycan Qran-Prisi: “Mercedes” komandası cərimələnib

Formula-1 Azərbaycan Qran-Prisi: “Mercedes” komandası cərimələnib

Aktual

24 İyun 2017, 11:59

“Mercedes” komandasının pilotu Valtteri Bottas iyunun 23-də Formula-1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşləri zamanı sürət həddini pozduğuna görə cərimələnib.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, pilot Pit-yoluna saatda 90,4 kilometr sürətlə daxil olub. Ancaq burada ən yüksək sürət həddi saatda 80 kilometr müəyyənləşib.

Azərbaycan Qran-Prisinin stüardlarının qərarına əsasən, “Mercedes” komandası min avro məbləğində cərimələnib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...