Modern.az

Şagirdlərin qiymətləndirilməsində dəyişiklik ediləcək - AÇIQLAMA  

Şagirdlərin qiymətləndirilməsində dəyişiklik ediləcək - AÇIQLAMA   

29 İyun 2017, 10:46

"Bir neçə il bundan əvvəl məktəblərdə formativ qiymətləndirmənin ləğvi bürokratik əngəlləri aradan qaldırmış oldu. Çünki formativ qiymət jurnalları vaxtı ilə müəllimlərə baş ağrısı yaradan alət kimi qəbul edilirdi".

Modern.az xəbər verir ki, bunu Təhsil  Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

 

O bildirib ki, summativ qiymətləndirmə ilə bağlı bu gün də bir sıra problem var.

 

"Bu məsələdə valideynlərin və cəmiyyətin fərqli istəkləri var. Bütün valideyenlər övladının yaxşı qiymət almasını istəyir. Hətta övladının 4 əvəzinə 5 alması üçün ən yüksək instansiyalara müraciət edirlər və bundan çəkinmirlər. Həmin valideynlər bəzən qiymətləndirmənin mahiyyətindən uzaqlaşırlar. Yavaş-yavaş şagirdin qiymət davasından uzaqlaşmaq lazımdır".

Emin Əmrullayev  qeyd edib ki, bu yay ərzində məktəblərdə şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik edilməsi nəzərdə tutulur.

 

"Aşağı siniflərdə imtahan yükünü azaltmaq lazımdır. Qiymətləndirmə ilə bağlı şagirdlər arasında rəqabət mühiti yaransa da, onların əməkdaşlığını da təmin etmək lazımdır".

 

Qafar Ağayev

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü