Modern.az

Mülkiyyət əleyhinə cinayət məsuliyyəti yaradan məbləğ 5 DƏFƏ artırılır  

Mülkiyyət əleyhinə cinayət məsuliyyəti yaradan məbləğ 5 DƏFƏ artırılır   

4 İyul 2017, 17:11

Bir çox əməllər cinayət kateqoriyasından inzibati xəta kateqoriyasına keçirilir.

Modern.az-ın məlumatına görə, Milli Məclisə təqdim olunmuş “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” qanun layihəsində qeyd edilmiş yeni normalara əsasən, Cinayət Məcəlləsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlər, ümumilikdə 10-dan artıq cinayət tərkibi dekriminallaşdırılır.

 

Qanun layihəsində həmçinin  ölkədə gedən iqtisadi-sosial proseslər nəzərə alınaraq mülkiyyət əleyhinə olan cinayətlərin törədilməsi zamanı cinayət məsuliyyəti yaradan məbləğin beş dəfə, yəni, 100 manatdan 500 manatadək artırılması nəzərdə tutulub. Nəticədə bir çox əməllər cinayət kateqoriyasından inzibati xəta kateqoriyasına keçmiş olacaq.

 

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü