Modern.az

II və III qrupların KEÇİD BALLARI - İxtisas seçimi üçün "Abituriyent" jurnalının 4-cü sayı buraxılacaq  

II və III qrupların KEÇİD BALLARI - İxtisas seçimi üçün "Abituriyent" jurnalının 4-cü sayı buraxılacaq   

Aktual

17 İyul 2017, 14:19

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini artıq elan edib.

Rəsmi məlumata görə, ərizə vermiş 34042 abituriyentdən 1097 nəfəri imtahana gəlməyib.
İmtahanda iştirak edən  abituriyentlərdən 33 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İndi abituriyentləri ixtisas seçiminin tarixi və keçid balları maraqlandırır...

DİM-dən Modern.az-a bildirilib ki, iyulun 22-də  I və IV ixtisas qruplarının qəbul imtahanları keçiriləcək. Daha sonra - iyulun 29-dan avqustun 10-na qədər ixtisas seçimi olacaq. Bundan təqribən iki-üç gün sonra isə kimin hansı ali təhsil müəssisəsinə qəbul olunduğu bilinəcək. 


DİM-dən Modern.az-a  o da bildirilib ki, abituriyentlər ixtisas seçimi üçün "Abituriyent" jurnalının 4-cü sayından istifadə edə biləcəklər. Bu jurnal yaxın günlərdə nəşr olunacaq.


Dövlət İmtahan Mərkəzi bəyan edib ki, II ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılacaq.

III ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılacaqlar.

Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü