Modern.az

Altı ayda Azərbaycanda 328159 əcnəbi qeydiyyata alınıb

Altı ayda Azərbaycanda 328159 əcnəbi qeydiyyata alınıb

Aktual

17 İyul 2017, 14:44

Dövlət Miqrasiya Xidmətində (DMX) 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib. 


Modern.az xəbər verir ki, Xidmətin struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. Xidmət rəisi bildirib ki, turizm sektorunun inkişafı ilə bağlı görülən işlər, “ASAN viza” sisteminin tətbiqi, sabitlik Azərbaycana səfər edən əcnəbilərin sayının 6 ay ərzində kifayət qədər artmasına səbəb olub.


F.Nəbiyev məlumat verib ki, 2017-ci ilin birinci yarısında 1.199.770 halda 747.107 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduqları Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə qeydə alınıb. Bu rəqəm 2016-cı ilin müvafiq dövründə 955.279 halda 529.924 olub.


Diqqətə çatdırılıb ki, 6 ay ərzində ölkədə qalma müddətinə müvafiq olaraq 328.159 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınmaqla bağlı müraciət edib ki, bu da ötəni ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.


Bu ilin birinci yarısında İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə edilməklə 48 saat ərzində ölkəni tərk etmə ilə bağlı 5.391 qərar qəbul olunub.


Hesabat dövründə Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikası ərazisində olma və yaşama icazələrinin alınması, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 45.099 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərar qəbul edilib.


2017-ci ilin 6 ayı ərzində Xidmətin Çağrı mərkəzinə 46.992zəng daxil olub.



Xidmət rəisi Nazirlər Kabinetinin 2017-cı ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan  iclasında Prezident İlham  Əliyevin verdiyi konkret göstərişləri xatırladıb. Bildirib ki, qarşıya qoyulmuş vəzifələrin vaxtında və düzgün icra edilməsi üçün hər bir miqrasiya əməkdaşı fəaliyyətini yüksək peşəkarlıqla, ciddi tələbkarlıq şəraitində yerinə yetirməlidir.


Sonra struktur bölmə rəhbərlərinin məruzələri dinlənilib.


Müşavirəyə yekun vuran Firudin Nəbiyev bildirib ki, “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidməti müraciət edənlərin məmnunluğunun təmin edilməsi, dövlətimizin təhlükəsizliyi, daxili əmək bazarının qorunması, miqrasiya proseslərinin tənzimlənməsi kimi vəzifə və tapşırıqları bundan sonra da  müvəffəqiyyətlə yerinə yetirəcək.



Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü