Modern.az

“Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı - YENİLƏNİB

“Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı - YENİLƏNİB

Aktual

18 İyul 2017, 22:55

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Modern.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Gürcüstanın “Samtredia” komandasının qonağı olub. Qarşılaşmanın  22-ci dəqiqəsində Ağdam klubu Donald Geryenin dəqiq zərbəsi ilə hesabı açıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun sonrakı vaxtında qapılara qol vurulmayıb.

Oyun "Qarabağ"ın qələbəsi ilə başa çatıb və komandamız növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, Bakıda keçirilən ilk oyun "Qarabağ"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

21:25

 

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilir. Modern.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Gürcüstanın “Samtredia” komandasının qonağıdır.

Artıq oyunun 22-ci dəqiqəsində Ağdam klubu Donald Geryenin dəqiq zərbəsi ilə hesabı açıb. 

 Qeyd edək ki, Bakıda keçirilən ilk oyun "Qarabağ"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir