Modern.az

Elmar Məmmədyarov Macarıstana gedir

Elmar Məmmədyarov Macarıstana gedir

Aktual

21 İyul 2017, 16:13

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 24 iyul tarixində Macarıstanda rəsmi səfərdə olacaq.

XİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Rəsmi görüşdən sonra Azərbaycan və Macarıstan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.

3-4 noyabr 2014-cü ildə Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan Respublikasına rəsmi səfər edib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü