Modern.az

Avtobusda tapılan uşaq ailəsinə verildi - FOTO

Avtobusda tapılan uşaq ailəsinə verildi - FOTO

Aktual

27 İyul 2017, 00:15

Bu gün saat 16:05 radələrində "BakuBus"a məxsus 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda təxminən 5-6 yaşlarında oğlan uşağı tapılıb. "BakuBus"-ın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aidiyyəti orqanlara, həmçinin "BakuBus"a məxsus digər avtobus sürücülərinə və xətt dispetçerlərinə uşağın valideynlərinin tapılması istiqamətində məlumat ötürülüb.

Təxminən 16:50 radələrində uşağın nənəsi "BakuBus"a məxsus 1 nömrəli avtobusun metronun "28 May" stansiyası yaxınlığındakı dayanacağında aşkar edilib və uşaq öz yaxınlarına təhvil verilib

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü