Modern.az

Modern.az-ın əməkdaşları müsabiqədə qalib oldular - FOTO

Modern.az-ın əməkdaşları müsabiqədə qalib oldular - FOTO

Aktual

27 İyul 2017, 17:02

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” çərçivəsində jurnalistlər arasında keçirdiyi  “Miqrasiya hüququ: qanunvericilik və təcrübə” mövzusunda müsabiqəni yekunlaşdırıb. 

Modern.az saytı xəbər verir ki, bu gün müsabiqənin yekunu ilə  bağlı keçirilən tədbirdə çıxış edən Proqram rəhbəri Filip Jahn bildirdi ki, “Miqrasiya hüququ: qanunvericilik və təcrübə” mövzusunda keçirilən müsabiqə aprelin 17-dən iyunun 2-nə qədər davam edib: "Miqrasiya mövzusu bütün dünyada bir qədər çətin mövzulardandır. Mən də Azərbaycanda miqrant kimi yaşadığımdan hansı mövzuların işlənəcəyində maraqla gözləyirdim. Yazılarla tanış olarkən də Azərbaycanın Miqrasiya qanunvericiliyi ilə bağlı yeniliklərə diqqət yetirməyə çalışırdım. Təqdim olunan məqalələr arasında xeyli maraqlı yazılar var idi".


Tədbirdə çıxış edən jurnalistlər GİZ tərəfindən keçirilən seminarların onların hüqiqi biliklərinin artırılmasında əhəmiyyətli olduğunu bildiriblər. Xüsusən, hər bir müsabiqədən öncə keçirilən seminarlarda jurnalistlər xeyli yeni bilgilər əldə edə bilirlər.

 

Daha sonra bildirildi ki, müsabiqəyə Azərbaycanın çap və onlayn mediasında çalışan jurnalistlər tərəfindən 9 yazı təqdim edilib. Daha sonra yazılar iki ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin nəticəsinə görə, daha çox bal toplayan üç jurnalistin mükafatlandırılması qərara alınıb. 

Müsabiqənin nəticəsinə görə, aşağıdakı yazı müəllifləri qalib elan edilib:

 

1-ci yer: Xalid Vahidoğlu -Miqrasiya qanunvericiliyinin qeydiyyat problemi...  (Modern.az  26.05.2017)  //modern.az/az/news/134135#gsc.tab=0

 

2-ci yer: Fərman Nabiyev -  Miqrant, emiqrant və immiqrant ömrü: xoşbəxt, yoxsa bədbəxt həyat? (Mingəçevir işıqları qəzeti  31.05.2017)  //www.mi-news.az/az/content/investigation/4893

 

3-cü yer:  Namidə Kərimova  - Gürcüstan vətəndaşları Azərbaycan vətəndaşlığı ala bilər, amma....   (Modern.az 23.05.2017)     //modern.az/az/news/133571/#gsc.tab=0

 

Daha sonra qaliblərə diplom və pul mükafatı verilib.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı