23 avqust 2017, Çərşənbə axşamı
Ana Səhifə - PARLAMENT - “Sarışın gözəllər olan yerdə təhsilə niyə pul xərcləsinlər” - Deputatdan milyonçulara İRONİYA
“Sarışın gözəllər olan yerdə təhsilə niyə pul xərcləsinlər” - Deputatdan milyonçulara İRONİYA
02.08.2017, 16:30

1945-ci ildə Livanda doğulmuş məşhur iş adamı Vaçe Manukyan erməni diasporunun ən uğurlu biznesmenlərindən biri hesab olunur. Dünəndən sosial şəbəkələrdə Manukyandan yazılır. Belə ki, erməni xalqının gələcəyi üçün təhsilin vacibliyini anlayan V.Manukyan xüsusi fond yaradıb və son illərədək 1700 gənc soydaşının xaricdə oxumasını maliyyələşdirib. Bundan əlavə, o, ali məktəbdən sonrakı təhsilini Harvard və Kembric universitetlərində davam etdirmək üçün Ermənistandan olan neçə-neçə tələbənin pulunu ödəyir.

Bəs, biz hansı xeyriyyəçimizin adını çəkə bilirik? Niyə bizdə də təhsilə belə sərmayə yatıran xeyriyyəçilər yoxdur?

 

Modern.az-ın bu qəbildən olan suallarını parlamentin üzvü Fazil Mustafa özünəməxsus şəkildə cavablandırıb:

 

"Biz Türkiyədən toya çağırılan müğənniləri himayə edirik, biz küçədən tapılan bir adama pul xərcləyib müğənni edirik. Ölkəmizdə yüzlərlə belə “səxavətli” iş adamları var. Xarici ölkələrdə, turistik bölgələrdə milyonlarla vəsaiti sarışın, gözəl, cazibəli xanımlara xərcləyirlər. Bizdə də bu istiqamətdə kifayət qədər “faydalı, xeyirli” işlər görən milyonerlərimiz var. Onları görməzlikdən gəlmək və erməni ilə müqayisə etmək yanlışdır”.

 

Deputat məsələnin mahiyyətini açmaq üçün ironik yanaşmasını davam etdirib:

 

“Erməninin ağlı yoxdur. 1700 tələbəyə, təhsilə pul ayıran ancaq anormal adam ola bilər. Bu qədər istirahət, əyləncə, şouya imkanlar olduğu halda tələbəyə pul xərcləməyin izahını tapmaq çətindir. Erməninin Qarabağı işğal etməsinin səbəbini də burada tapmaq olar. 150-200 il əvvəlin Bakısına baxın. Azərbaycan milyonerləri öz iqamətgahlarında verdikləri qonaqlıqlarla, ziyafətlərlə, bir-biri qarşısında atı-eşşəyi ilə öyünməklə boy göstərirdilər. Bu nüanslar Azərbaycan filmlərində də əks olunub. Amma Sabirin şeirini erməni qadınları pul yığıb çap etdirirdi. Bu həmin Azərbaycandır. Dəyişən çox az şeylər var. Təfəkkür, düşüncə, dünyagörüşü dəyişməyib. Dəyişən binalardır, parklardır, bulvarlardır. Hamısı virtual görünən gözəlliklərdir, mahiyyətcə nə dəyişib ki?”.. 

 

F.Mustafa təhsil və səhiyyə sisteminin ürəkaçan vəziyyətdə olmadığını vurğulayıb:

 

“Qarabağı işğal altında olan bir xalqın təmsilçiləri harınlığa, israfa, əyləncəyə, toya, yasa, qəbiristanlığa bu qədər pul xərcləyərmi? Ən azı beş-altı rayonunu itirmiş insanlar həmişə nəyisə itirmək qorxusu ilə yaşayaraq, heç olmasa sabahın tədarükünü görməli, müdafiə üçün boynuna düşəni etməli, dövlətə necə dəstək verəcəyi barədə fikirləşməlidir. Biz onu fikirləşən olsaydıq, elə yüz il əvvəl yaxşı təhsil alıb sovet ordusunda yaxşı yerlərdə xidmət edib, müəyyən dərəcədə gələcəyin hərbçisi kimi yetişərdik.

Biz indiyə qədər bunları etməmişiksə, indi ermənilərlə müqayisədə buna irad bildirilməsi məncə heç bir halda doğru deyil. Çünki ermənin dünyagörüşü, düşüncəsi, gələcəyə baxışı ilə bizimkilər arasında çox böyük fərqlər var. Siz Ermənistanda olan universitetlərlə bizim universitetləri müqayisə edin. Son 20 ildə dünyaya çıxacaq bir universitet yarada bilməmişiksə, universitetlərə, təhsilə, məktəbə, səhiyyəyə pul qazanmaq vasitəsi kimi baxmışıqsa, nəticə də olmaz.
Erməni pulu konyakdan, araqdan çıxarır, erməni pulu yoldan çıxarmır, vətəndaşın cibindən çıxarmır. Biz bu məsələlərdə xeyli geri olduğumuza görə imkan verin toylarımıza Türkiyənin tanınmış müğənnisini çağırıb cibinə 200-300 min manat qoyaq, imkan verin, əylənək, deyək, gülək... Sonumuz inşallah yaxşı olar... Bəlkə Allah insafa gələr, bizi bəlalardan qoruyar”.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ağ Evə giriş bağlanıb
23.08.2017, 00:59

Ağ Evə giriş bağlanıb

Güləşçimiz bürünc medal qazandı
23.08.2017, 00:43

Güləşçimiz bürünc medal qazandı

23.08.2017, 00:18

"Türyançay" Dövlət Təbiət Qoruğu yanğından qorunub

24 il ötdü - Füzuli və Cəbrayılın  işğal günü anılır
23.08.2017, 00:01

24 il ötdü - Füzuli və Cəbrayılın işğal günü anılır

Azərbaycan neftinin qiyməti 54 dollara çatıb
22.08.2017, 23:51

Azərbaycan neftinin qiyməti 54 dollara çatıb

Heyvan kəsiminə nəzarət gücləndiriləcək - Video
22.08.2017, 23:38

Heyvan kəsiminə nəzarət gücləndiriləcək - Video

Terrorçu Barselonada daha böyük hücum planlaşdırırmış
22.08.2017, 23:22

Terrorçu Barselonada daha böyük hücum planlaşdırırmış

Paytaxtda xeyli bina söküləcək
22.08.2017, 23:06

Paytaxtda xeyli bina söküləcək

Bakıda avtobus sürücüsünə silah çəkən şəxs saxlanılıb - VİDEO
22.08.2017, 22:47

Bakıda avtobus sürücüsünə silah çəkən şəxs saxlanılıb - VİDEO

Terrorçular 80-dən çox uşaqdan kamikadze kimi istifadə ediblər
22.08.2017, 22:31

Terrorçular 80-dən çox uşaqdan kamikadze kimi istifadə ediblər

"Bu şansdan maksimum istifadə etməyə çalışacağıq" - Qurban Qurbanov
22.08.2017, 22:14

"Bu şansdan maksimum istifadə etməyə çalışacağıq" - Qurban Qurbanov

Azərbaycan və Aİ arasında yeni danışıqlar başlayır
22.08.2017, 21:58

Azərbaycan və Aİ arasında yeni danışıqlar başlayır

Aviazərbələr nəticəsində 50 dinc sakin öldürülüb
22.08.2017, 21:45

Aviazərbələr nəticəsində 50 dinc sakin öldürülüb

Ən faydalı tərəvəz hansıdır? – AMERİKALI DİETOLOQLARIN SON QƏNAƏTİ
22.08.2017, 21:32

Ən faydalı tərəvəz hansıdır? – AMERİKALI DİETOLOQLARIN SON QƏNAƏTİ

Necə “aldanırıq” – MARKETOLOQLARIN AĞILLI  HİYLƏSİ
22.08.2017, 21:16

Necə “aldanırıq” – MARKETOLOQLARIN AĞILLI  HİYLƏSİ

Düşmən ordusunun iki zabiti yaralanıb
22.08.2017, 20:59

Düşmən ordusunun iki zabiti yaralanıb

"Qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik"- "Kopenhagen"in baş məşqçisi
22.08.2017, 20:46

"Qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik"- "Kopenhagen"in baş məşqçisi

Allahşükür Paşazadə dövlətlərarası təşkilatın rəhbərliyində təmsil olunacaq
22.08.2017, 20:30

Allahşükür Paşazadə dövlətlərarası təşkilatın rəhbərliyində təmsil olunacaq

Gənclər üçün "krizis telefon xətti" bərpa edildi
22.08.2017, 20:16

Gənclər üçün "krizis telefon xətti" bərpa edildi

Gürcüstana əlavə 3 helikopter, 15 texnika, 126 canlı qüvvə göndərilib
22.08.2017, 20:02

Gürcüstana əlavə 3 helikopter, 15 texnika, 126 canlı qüvvə göndərilib

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir
22.08.2017, 19:41

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir

Ağcabədidə avtomobil hasara çırpılıb, xəsarət alanlar var
22.08.2017, 18:58

Ağcabədidə avtomobil hasara çırpılıb, xəsarət alanlar var

Sumqayıtda 5 yaşlı qızın quduzluqdan ölməsinə görə həkimlər cəzalandırılıb
22.08.2017, 18:45

Sumqayıtda 5 yaşlı qızın quduzluqdan ölməsinə görə həkimlər cəzalandırılıb

Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları təltif olundu - SİYAHI
22.08.2017, 18:29

Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları təltif olundu - SİYAHI

Elşad Həmidova "Əməkdar həkim" fəxri adı verilib
22.08.2017, 18:26

Elşad Həmidova "Əməkdar həkim" fəxri adı verilib

Prezident Gədəbəyə və Şəmkirə 6 milyon manat ayırdı
22.08.2017, 18:23

Prezident Gədəbəyə və Şəmkirə 6 milyon manat ayırdı

Lerikdə 3 nəfərin öldüyü yanğına görə ailənin oğlu saxlanılıb
22.08.2017, 18:18

Lerikdə 3 nəfərin öldüyü yanğına görə ailənin oğlu saxlanılıb

İspaniyanın nüfuzlu “Marca” qəzeti “Qarabağ”dan üzr istədi
22.08.2017, 18:16

İspaniyanın nüfuzlu “Marca” qəzeti “Qarabağ”dan üzr istədi

Elmar Novruzova general-mayor rütbəsi verildi
22.08.2017, 18:12

Elmar Novruzova general-mayor rütbəsi verildi

Mütəllibov Hacı Əbdülə güldü: “Mən sovet dövründə Məşhəd ziyarətində olmuşam”
22.08.2017, 18:06

Mütəllibov Hacı Əbdülə güldü: “Mən sovet dövründə Məşhəd ziyarətində olmuşam”

Avtobus sürücüsünü silahla hədələyənin dələduzluq əməlləri ortaya çıxdı
22.08.2017, 17:43

Avtobus sürücüsünü silahla hədələyənin dələduzluq əməlləri ortaya çıxdı

Azərbaycana gələn ərəblərin sayı AÇIQLANDI
22.08.2017, 17:33

Azərbaycana gələn ərəblərin sayı AÇIQLANDI

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ
22.08.2017, 17:14

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ

Azərbaycan Gürcüstana əlavə kömək göndərdi
22.08.2017, 17:12

Azərbaycan Gürcüstana əlavə kömək göndərdi

FHN geyim mağazasındakı yanğınla bağlı məlumat yaydı 
22.08.2017, 17:07

FHN geyim mağazasındakı yanğınla bağlı məlumat yaydı 

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(48.8%)
SOCAR-dan(7.2%)
Lukoil-dan(17.6%)
Bunların heç birindən - başqasından(26.4%)