Modern.az

Daha 137  miqrant xilas olunub

Daha 137  miqrant xilas olunub

Dünya

6 Avqust 2017, 22:56

Aralıq dənizində Avropaya keçməyə çalışan miqrantlar hələ də təhlükə altındadır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, batmaq təhlükəsi ilə üzləşən daha 137  miqrant xilas olunub.

Liviyanın sahil mühafizə xidmətinin məlumatına görə, rezin qayıqlarda üzən miqrantlar Liviyanın Tripoli şəhərindən 40 kilometr aralıda xilas olunublar. Onların arasında 5 qadın və 3 uşağın olduğu bildirilir.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ilin əvvəlindən dəniz yolu ilə Avropaya 111 min miqrant keçib, 2360 nəfər Aralıq dənizini qeyri-leqal yolla keçməyə cəhd edərkən həyatını itirib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı