Modern.az

Özəl universitetlər tələbə qəbulu üçün hazırlıq qrupları yaratmağa çalışır – ADLAR

Özəl universitetlər tələbə qəbulu üçün hazırlıq qrupları yaratmağa çalışır – ADLAR

Təhsil

8 Avqust 2017, 09:38

Bu il ölkədə təhsil istiqamətində müəyyən qərarlar qəbul edilib. Bunlardan biri də “Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən universitetlərin nəzdində birillik ödənişli hazırlıq qruplarının təşkil olunmasıdır. Bu qərar uzun müddət medianın gündəmini zəbt etdi. Bəziləri yeni dəyişikliyi dəstəkləsə də, bununla razılaşmayanlar da kifayət qədər idi.

 

Qərara əsasən, hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada həyata keçiriləcək.

 

Maraqlıdır, hazırlıq qrupları hansı universitetlərin nəzdində fəaliyyət göstərəcək? Hazırda bu istiqamətdə hansı işlər görülür?

 

Təhsil eksperti Kamran Əsədov Modern.az-a açıqlamasında bildirib ki, hazırda bir sıra universitetlər bu istiqamətdə hazırlıq işləri görür:

 

“Bildiyiniz kimi 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanuna əlavə olundu.  Buna qədər ali təhsil müəssisələri bakalavr, magistratura və doktorantura təhsili üzrə kadr hazırlığını həyata keçirirdisə,  bu ildən edilmiş dəyişikliyə görə bundan sonra həmin pillələr üzrə hazırlıq qruplarının yaradılması nəzərdə tutulub.

 

Araşdırmalarıma görə hazırda  Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisəsindən daha çox özəl universitetlər bu məsələdə ciddi şəkildə hazırlıqlar həyata keçirir. Hazırlıq qruplarının hansı ixtisas üzrə olacağını və müəllim heyətinin dərs saatlarını müəyyənləşdirirlər ki,  ayrılacaq vəsaitdən sonra hazırlıq qruplarındakı təhsil haqları müəyyən olunsun. Lakin dövlət universitetləri bu sahə üzrə hər hansı əməli fəaliyyətə başlamıyıblar, özlərinin maliyyə xərclərini, kadr resurslarının hazırlığını həyata keçirməyiblər.

Dövlət universitetlərinin müəyyən olunmuş dəyişməz kadrları var və onlar hesab edir ki, hazırlıq qruplarında da həmin kadr bazasından istifadə edəcəklər.

Lakin unutmaq olmaz ki, yeni yaradılacaq hazırlıq qruplarında dərslər heç də ali məktəblərdəki bakalavr tədris materialları ilə keçirilməyəcək”.

Ekspert hazırlıq qruplarının hansı universitetlərdə olacağı ehtimalından da söz açıb:

“Hazırlıq qruplarının hansı səpkidə olması, hansı vəsaitlərdən istifadə olunması müəyyən qədər ziddiyyətlər və problemlər yaradacaq. Amma bu məsələnin həyata keçməsi Azərbaycan gənclərinin xaricə getməsinin qarşısını alacaq. Layihə tam şəkildə ictimaiyyətə təqdim olunmadığına görə biz yalnız bu və ya digər formada məlumatlar əldə edirik. Hesab edirəm ki, ilk iki il ərzində bu məsələdə müəyyən narazılıqlar olacaqdır.

Hazırlıq qruplarının son dövrlər ərzində daha çox kadrlarla ictimai işləyə bilən universitetlərdə yaradılmasını gözləyirəm. İlk növbədə bu qruplar  Xəzər Universitetində olacaq. Bundan başqa Odlar Yurdu, Qərb Universiteti də buna hazırdır. Çünki onlar müəllim və kadrların mütəmadi yenilənməsi, standartlara cavab verməsi üzərində işləyir. Məndə olan məlumata görə bu universitetlər hazırlıq qruplarına ciddi hazırlıq görür.

 

2016-cı il tədris ilinə baxdıqda  bu ali təhsil müəssisələrində qəbul yeri planları tam dolmadığını müşahidə edirik. Bu səbəbdən universitetlər əlavə maliyyə xərclərini aradan qaldırmaq üçün mütləq şəkildə hazırlıq kurslarına hazırlaşırlar. Amma digər universitetlər, xüsusilə də dövlət universitetləri özlərinin plan yerini tam şəkildə doldurduqlarına görə buna o qədər də ehtiyacları yoxdur.

 

Qanunvericilikdə göstərilib ki, hazırlıq qrupları təhsil, mülkiyyət formasından asılı olmayaraq bütün ali təhsil müəssisələrində yaradıla bilər.

 

Sadəcə ilkin olaraq universitetlər isbat etməlidir ki,  onların maddi-texniki bazası hazırlıq qruplarının yaradılmasına imkan verir. Qeyd etdiyim universitetlər hazır olsa da, digər universitetlər tam şəkildə qanun layihəsinin hazır olmasını gözləyirlər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır