11 dekabr 2017, Bazar ertəsi
Ana Səhifə - ÖLKƏ - “Başı bağlı dar geyim tərzi hicab deyil” – Seyiddən sərt AÇIQLAMA
“Başı bağlı dar geyim tərzi hicab deyil” – Seyiddən sərt AÇIQLAMA
11.08.2017, 13:12

Ən çox müzakirə predmetinə çevrilən məsələ həm də hicablı qadınların geyim tərzinin necə olmasıdır. Axı müsəlman qadın necə hicab geyinməlidir ki, tənqidə yer qalmasın?!

 

Məsələn, qara çadra geyinənlər də tənqid olunur, dar şalvarda başını bağlayanlar da.  Belə olan təqdirdə cəmiyyətin təhlükə və şəhvət hissi ilə üz-üzə qaldığını düşünürlər.

 

Bəs gerçəklikdə müsəlman qadını hicabı necə geyinməlidir?

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli Modern.az-a açıqlamasında mövzuya ətraflı şərh verib.

 

İslamda hicab hökmü

 

Dini kimliklə bərabər milli kimlik də olmalıdır

“Qurani-Kərimin hökmlərinə dayanaraq  demək istəyirəm ki, hicab müsəlman qadınının bir örtüyüdür. Bəzən biz bu örtüyü, hicabı istismar edirik. Bəzi qadınlar var ki, hicabı istismar ediblər. Bununla da, Azərbaycan insanının hörmət, sevgi, şəfqət dini olan islama qarşı yanlış münasibət sərgilənməsinə səbəb olur.

 

Hicab islamın hökmüdür. Bir kimsə buna qarşı gələ bilməz. Bir mənəviyyat adamı, araşdırmaçı kimi deyə bilərəm ki, biriləri hicabın islamda hökm olmadığını beyinlərə yeritməyə çalışırlar. Bir qisim insanlar isə hicabsız gəzənlərin dinə aidiyyatı olmadığını deyirlər. Heç də belə deyil. İstər hicablı, istərsə də hicabsız olsun, inanc və təqva sahibi olmadıqdan sonra heç bir dərəcədən danışmaq olmaz”.

 

Kəlağayılarımız milli kimliyimiz olub

 

Şərqşünas alim deyir ki, dini kimliklə bərabər milli kimlik də vacibdir

“Bizim dini kimliyimizlə bərabər milli kimliyimiz də var. Dini kimliyi ilə bərabər milli kimliyini qorumayan, milli şüura malik olmayan inanclı insanların dini sevgisinə şübhə ilə yanaşıram. Adət-ənənələrimizdə milli kimliyi ilə bərabər dini kimliyini  qoruyan xanımlarımız çoxdur. Məsələn, adi kəlağayıya belə analarımız, nənələrimiz böyük ehtiram göstəriblər. Onların ağbirçəkliyinin simvolu olub, bir singəsinə çevrilib”.

 

Qara çadralılar - Onlar hicablıdırmı?

 

Camal Əzimbəyli qadınların hicab taxmasından danışarkən bir məqamı xüsusi vurğulayıb.

“Təəssüfedici bir məqamı mütləq vurğulamalıyam. Tarqovıda gəzərkən özümü Səudiyyə Ərəbistanında, Hiccədə hiss edirəm. Düzdü, əcnəbilərin ölkəyə gəlməsi turizm baxımından gözəldir. Amma qorxduğum qara çadradan ətrafa boylanan qara gözlərdir. Hansı ki o gözlər  görünmür.

 

İdeoloji baxımdan  qara çadrada gizlənən  zərərli  fikirlərdən, onların transfer olmasından çox narahatam. Dövlətimin qorunması həm də şərəfimin qorunması deməkdir. Bir araşdırmaçı kimi də narahat olmağa başlayıram.

Azərbaycanın güc strukturları, Dövlət Təhlükəsizliyi Xidməti ayıq fəaliyyətdədir. Amma ideoloji baxımdan şüurlarda baş verən inqilabların qarşısını bəzən almaq çətin olur. Necə ki, Suriyada, Yəməndə, İraqda şüurlarda partlayış edən inqilabların qarşısını almaq  çətin olur.

 

Ona görə də hicabı vəhşi müsəlman obrazı kimi Azərbaycana transfer etməyin özü təhlükədir. Bunu açıq deyirəm. Hətta, onların ciddi şəkildə araşdırılmasına ehtiyac var”.

 

Əsl hicab geyimləri: Onlar necə olmalıdır?

 

Şərqşünasın sözlərinə görə, müsəlman qadınların bu cür geyinməsi yasaq deyil

“Al-əlvan hicab geyimləri  geyinmək heç də yanlış geyinmək demək deyil. İslam şəfqət və gözəllik dinidir. Harada bir gözəllik varsa birmənalı olaraq islamın qəbul etdiyi prinsipdir. Başı bağlı dar geyim tərzi hicab deyil. Ondansa məmləkətimizdə minlərlə hicab taxmayan amma mənəvi dəyərlərinə,  torpağına, bayrağına, ailəsinə bağlı və örnək olan xanımlarımız var. Halbuki, hicablı xanım obrazı ilə dinə yeni gələn insanların qəlbinə nifaq salırlar. Baxın, bunu istəmirəm. Bir var hicab taxır, amma hicab taxmayanları qəbul etmir.

Bu da islama qarşı nalayiq əməl sayılır. Bir də var ki, hicabı dar geyim formasında istismar edirlər və hicab ədəbinə kölgə salırlar. İstər hicablı olsun, istər olmasın. İmanın kökündə həya durur. Həya olmasa, həyasızlıq baş alıb gedər.

 

Hicabla, Həcc ziyarəti ilə, ocaqla həya olmur. Həya olmasa, insan bayrağına, birliyinə, ailəsinə, torpağına xidmət göstərə bilməz. Ona görə də həya ilə edilən xidmət daha yaxşı örnəkdir”. 


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Diqqətli olun! Arıqlama dərmanları xərçəngə, sonsuzluğa səbəb olur
11.12.2017, 09:30

Diqqətli olun! Arıqlama dərmanları xərçəngə, sonsuzluğa səbəb olur

Şirvanda yanğın - 1 nəfər öldü
11.12.2017, 09:29

Şirvanda yanğın - 1 nəfər öldü

Ermənistan atəşkəsi 117 dəfə pozdu
11.12.2017, 09:24

Ermənistan atəşkəsi 117 dəfə pozdu

Əhalinin banklardakı əmanətləri artıb   
11.12.2017, 09:23

Əhalinin banklardakı əmanətləri artıb  

Jurnalist Etibar Cəbrayıloğlu ilə FOTOSÖHBƏT   
11.12.2017, 09:10

Jurnalist Etibar Cəbrayıloğlu ilə FOTOSÖHBƏT  

Düşmənə qan udduran baş leytenant - Aprel şəhidi Cavid Dədəkişiyevin həyat HEKAYƏTİ - FOTOLAR   
11.12.2017, 08:50

Düşmənə qan udduran baş leytenant - Aprel şəhidi Cavid Dədəkişiyevin həyat HEKAYƏTİ - FOTOLAR  

Azərbaycandakı xarici diplomatlar və jurnalistlər Tərtərə səfər ediblər
11.12.2017, 08:45

Azərbaycandakı xarici diplomatlar və jurnalistlər Tərtərə səfər ediblər

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
11.12.2017, 07:39

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Mingəçevirdə yaşayış binası yandı
11.12.2017, 01:19

Mingəçevirdə yaşayış binası yandı

Nakam taleli bakılı rəssam Almaniyada vəfat etdi - PORTRET - FOTOLAR
11.12.2017, 00:43

Nakam taleli bakılı rəssam Almaniyada vəfat etdi - PORTRET - FOTOLAR

Universitetin geniş rezonansa səbəb olan "UNEC2B" platforması
11.12.2017, 00:17

Universitetin geniş rezonansa səbəb olan "UNEC2B" platforması

Tərtərdə qəza törədən Bərdə İcra Hakimiyyətinin əməkdaşı olub - Yenilənib
11.12.2017, 00:00

Tərtərdə qəza törədən Bərdə İcra Hakimiyyətinin əməkdaşı olub - Yenilənib

Şimali Koreyaya qarşı yeni sanksiyalar
10.12.2017, 23:43

Şimali Koreyaya qarşı yeni sanksiyalar

Azərbaycan aviaşirkətinin əməkdaşı təyyarənin yük yerində Almaniyaya qaçdı   
10.12.2017, 23:26

Azərbaycan aviaşirkətinin əməkdaşı təyyarənin yük yerində Almaniyaya qaçdı  

BMT milyonlarla insanın həyatının təhlükədə olduğunu açıqladı
10.12.2017, 22:51

BMT milyonlarla insanın həyatının təhlükədə olduğunu açıqladı

AXC mühacirlərinin baxımsız qalan məzarları yenilənəcək
10.12.2017, 22:34

AXC mühacirlərinin baxımsız qalan məzarları yenilənəcək

Güclü qar Almaniyanın bir neçə hava limanının işini iflic etdi
10.12.2017, 22:14

Güclü qar Almaniyanın bir neçə hava limanının işini iflic etdi

ABŞ-da təyyarə qəzaya uğradı: 2 ölü, 2 yaralı
10.12.2017, 22:00

ABŞ-da təyyarə qəzaya uğradı: 2 ölü, 2 yaralı

Gənc oğlan liftin təmiri zamanı öldü
10.12.2017, 21:46

Gənc oğlan liftin təmiri zamanı öldü

Azərbaycanın fındıq bağları təhlükədə
10.12.2017, 21:29

Azərbaycanın fındıq bağları təhlükədə

Salyanda “Mercedes” yük maşınına çırpıldı
10.12.2017, 21:04

Salyanda “Mercedes” yük maşınına çırpıldı

“Trampın qərarını həyata keçirilməsi asan olmayacaq” - Ərdoğan
10.12.2017, 20:44

“Trampın qərarını həyata keçirilməsi asan olmayacaq” - Ərdoğan

Təhsil almaq təkcə şəxsi büdcəmizi formalaşdırmaq üçün lazım deyil - HƏFTƏNİN HESABATI
10.12.2017, 20:29

Təhsil almaq təkcə şəxsi büdcəmizi formalaşdırmaq üçün lazım deyil - HƏFTƏNİN HESABATI

Nobel Sülh Mükafatı nüvə silahının ləğvinə çalışan təşkilata verildi
10.12.2017, 20:17

Nobel Sülh Mükafatı nüvə silahının ləğvinə çalışan təşkilata verildi

Rusiyadan Azərbaycana gələn qatarlar yeni qrafiklə işləyəcək
10.12.2017, 20:03

Rusiyadan Azərbaycana gələn qatarlar yeni qrafiklə işləyəcək

Qadın mənzilində ölü tapıldı
10.12.2017, 19:51

Qadın mənzilində ölü tapıldı

Şimali Koreya lideri Trampın qərarından danışdı:  “İsrail adlı dövlət varmı ki,...”
10.12.2017, 18:29

Şimali Koreya lideri Trampın qərarından danışdı:  “İsrail adlı dövlət varmı ki,...”

Ukraynada Saakaşvilinin tərəfdaşları küçələrə axışdı - ETİRAZ AKSİYALARI
10.12.2017, 17:57

Ukraynada Saakaşvilinin tərəfdaşları küçələrə axışdı - ETİRAZ AKSİYALARI

İşıq dirəyinə çırpılan "Mercedes" parçalalandı - BAKIDA
10.12.2017, 17:21

İşıq dirəyinə çırpılan "Mercedes" parçalalandı - BAKIDA

Deputatların bazar GÜNÜ
10.12.2017, 17:13

Deputatların bazar GÜNÜ

Türkmənistan prezidenti 4 naziri vəzifəsindən azad edib
10.12.2017, 17:02

Türkmənistan prezidenti 4 naziri vəzifəsindən azad edib

ABŞ səfirliyi qarşısında polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib
10.12.2017, 16:44

ABŞ səfirliyi qarşısında polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib

Ləvəngi qutabı, 12 dəqiqəyə bişirilən xaş -  Azərbaycanda yeni yemək NÖVLƏRİ
10.12.2017, 16:01

Ləvəngi qutabı, 12 dəqiqəyə bişirilən xaş -  Azərbaycanda yeni yemək NÖVLƏRİ

Azərbaycanlılar Rza Zərrabı dəstəkləyirmi? - VİDEOSORĞU   
10.12.2017, 15:34

Azərbaycanlılar Rza Zərrabı dəstəkləyirmi? - VİDEOSORĞU  

Gürcüstan Saakaşvilini Ukraynadan geri istəyir
10.12.2017, 15:02

Gürcüstan Saakaşvilini Ukraynadan geri istəyir

ARXİV