Modern.az

Prezident iğtişaşlarda iştirak edən şəxslərin həbsini təklif edir

Prezident iğtişaşlarda iştirak edən şəxslərin həbsini təklif edir

Dünya

11 Avqust 2017, 19:51

Venesuela prezidenti Nikolas Maduro ölkədə iğtişaşlarda iştirak edən şəxslərin həbsini istəyir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, prezident həmin şəxslərin 25 ilədək müddətdə azadlıqdan məhrum edilməsini təklif edib.

Məlumata görə, prezident bu təklifi yeni seçilən parlament qarşısında çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, mədəni, siyasi və ideoloji səbəblərdən nifrət yayan şəxslər mühakimə olunmalı və 15, 10, 25 il müddətinədək həbs edilməlidir.

N.Maduronun fikrincə, bu qanun Venesuela xalqının birliyini daha da möhkəmləndirəcək və ölkədə ədaləti bərpa edəcək.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü