Modern.az

Azərbaycanın əməkdar artisti dünyasını dəyişib

Azərbaycanın əməkdar artisti dünyasını dəyişib

Allah rəhmət eləsi̇n

14 Avqust 2017, 18:45

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

 

Modern.az-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, Azərbaycanın əməkdar artisti Mərdan Feyzullayev 2017-ci il avqustun 13-də ömrünün 58-ci ilində vəfat edib.

M.Feyzullayev 1959-cu il fevral ayının 3-də Şəki şəhərinin Kiş kəndində anadan olub. O, 1979-1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində, 1984-1989-cu illərdə B.Şukin adına Moskva Ali Teatr İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb.

 

1983-cü ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi yaradıcılıq yoluna qədəm qoyan M.Feyzullayev 1985-1989-cu illərdə həmin sənət ocağında quruluşçu rejissor, 1989-1998-ci illərdə isə baş rejissor vəzifəsində işləyib.

M.Feyzullayev müxtəlif illərdə Şəki teatrında M.F.Axundzadənin “Hacı Qara” dramında Xudaverdi, U.Şekspirin “Romeo və Cülyetta” faciəsində Paris, K.Çapekin “Ağ xəstəlik” əsərində Professor, K.Morlonun “Böyük Teymurləng” tarixi dramında Çingiz xan, C.Məmmədquluzadənin “Sizi deyib gəlmişəm” əsərində Pristav, B.Vahabzadənin “Dar ağacı” dramında İbn Süheyl, N.Dumbadzenin “Ağ bayraqlar”ında Meburişvili və s. bu kimi obrazlar yaratmaqla yanaşı, həmin teatrda C.Məmmədquluzadənin “Dəli yığıncağı” və “Danabaş kəndinin məktəbi”, H.Cavidin “İblis”, N.Dumbadzenin “Ağ bayraqlar”, M.Bulqakovun “Ustad və Marqarita”, B.Vahabzadənin “Dar ağacı”, Ə.Nesinin “Sən Qara deyilsən”, İ.Drutsenin “Kürən yabı”, S.Vannusun “O şah, ya qeyrisi, şah elə şahdır”, Ç.Aytmatovun “Əsrə bərabər gün”, S.Qədirzadənin “Gurultulu məhəbbət”, Anarın “Təhminə və Zaur”, M.Bayciyevin “Duel”, V.Səmədoğlunun “Yayda qartopu oyunu”, R.Xəlilzadənin “Meşəbəyi”, S.Vurğunun “Vaqif” tamaşalarına maraqlı quruluşlar verib.

 

M.Feyzullayev 1999-cu ildən Moskvada yaşayırdı. O, Moskva şəhərində fəaliyyət göstərən "Dərviş" Azərbaycan Teatrının direktoru və bədii rəhbəri idi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır