Modern.az

Fəzail Ağamalının səhhəti normaldır - AÇIQLAMA

Fəzail Ağamalının səhhəti normaldır - AÇIQLAMA

Aktual

17 Avqust 2017, 14:39

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının parlamentin yaz sessiyasının bir neçə iclasında iştirak etməməsi diqqət çəkib. 

 

Onun səhhətinin pisləşməsinə dair bir neçə aydır ki, mətbuat səhifələrində məlumatlar yer alır. Hətta xarici ölkələrin birində müalicə aldığı deyilir.

 

Deputatın yaxın yoldaşlarından biri olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Modern.az-a açıqlamasında deyib ki, Fəzail Ağamalının səhəti hazırda normaldır.

 

“Onun səhəti ilə bağlı yayılan xəbərlər hazırda həqiqəti əks etdirmir. Fəzail Ağamalı ilə əlaqələrimiz var. Onunla görüşmüşəm. Hər bir şəxs xəstələnə bilər. Fəzail müəllim də müəyyən bir müalicə aldı və hazırda səhhəti normaldır”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü