24 noyabr 2017, Cümə
Ana Səhifə - QARABAĞ - Müdafiə Nazirliyi Ermənistanı biabır etdi
Müdafiə Nazirliyi Ermənistanı biabır etdi
18.08.2017, 14:45

Son günlər Ermənistan Müdafiə Nazirliyinin nəzarətində olan saytlarda Azərbaycan Ordusu haqqında daxili auditoriyaya hesablanmış yalan və saxta məlumatlar yayılmaqdadır.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Ermənistan tərəfi bu cür dezinformasiyaları yaymaqla özünü guya Azərbaycan Silahlı Qüvvələri barədə məlumatlı göstərməyə çalışır.

 

“Əslində isə nümayiş etdirilən “məxfi məlumatlarla dolu məktublar” o dərəcədə bisavad və səriştəsiz hazırlanır ki, onların əvvəldən axıradək saxta olduğu heç bir şübhə doğurmur. Bütün bunlar erməni xüsusi xidmət orqanları və “əks-təbliğat mütəxəssisləri” tərəfindən qeyri-peşəkar səviyyədə, tələm-tələsik uydurularaq, səliqəsiz düzülüb-qoşulmuş kağız parçasıdır”-deyə nazirlik bildirib.

 

Qeyd olunub ki, son yayılan məktubdakı saxtakarlıq və səhvlər isə daha tez diqqəti cəlb edir.

 

“Qeyd edək ki, Baş Qərargah rəisi müntəzəm olaraq Ordudakı vəziyyət haqqında Müdafiə nazirinə şifahi məruzələr etdiyindən xidməti məsələlərlə bağlı Ermənistan mətbuatının təqdim etdiyi formada yazılı müraciətlərə zərurət qalmır. Çoxlu qrammatik səhvlər və yazılış üslubundakı uyğunsuzluqlarla (məktubda 20-dək səhv var) hazırlanmış bu məktubun Müdafiə Nazirliyində  mövcud olan daxili yazışmalara və kargüzarlığa azacıq da olsa uyğunluğu yoxdur. İstər mövcud olmayan simvolikalı rəsmi blank, istərsə də orada olan imzalar saxtalaşdırılıb, həmin sənədlərdə göstərilən tarixlər, rəqəmlər, yer və adlar da tamamilə uydurmadır.

 

Məktubda göstərilən məqamlardan biri də 2016-cı ilin aprel döyüşlərindəki itkilər barədə məlumatların ağlasığmaz dərəcədə şişirdilməsi və bilərəkdən qat-qat çox göstərilməsidir. Bütün ölkə mətbuatı və ictimaiyyət həmin dövrdə şəhidlərin dəfn mərasimlərində iştirak edib, hər kəs bu proseslərin nə qədər yüksək səviyyədə və təntənəli təşkil olunduğunu izləyib, Ali Baş Komandanın Ordumuza yüksək qiymət verməsinin və qəhrəmanlarımızın mükafatlandırmasının şahidi olub.

 

Odur ki, üstündən bu qədər vaxt keçdikdən sonra Ermənistan mətbuatının guya itkilərin gizlədilməsi barədə məlumatlar tirajlaması blefdən başqa bir şey deyil və heç bir etik normalara sığmır. Texniki tərəqqinin hazırkı inkişaf mərhələsində itkilərin əhalidən gizlədilməsi də qeyri-mümkündür. Aprel döyüşləri zamanı itkilərin sayı barədə göstərilən rəqəmlər əslində Ermənistanın öz itkilərinin sayıdır və onlar hələ də ictimaiyyətə bu barədə düzgün məlumat verməyiblər”. 

Qeyd olunub ki, aprel döyüşlərindən sonra özünə gəlməyən, Ermənistan rəhbərliyi bilərəkdən Azərbaycan tərəfinin itkilərini qat-qat artıraraq verməklə Ermənistan əhalisinin fikrini yayındırmağa çalışır.

 

“Nədənsə uğurlu əks-hücum əməliyyatı keçirərək sarsıdıcı zərbələr endirən Azərbaycan Ordusunun 2000 hektaradək ərazini işğaldan azad etdiyini unudurlar.

Aprel döyüşləri zamanı atəşkəsin elan edilməsinin səbəbi isə qarşı tərəfin iddia etdiyinin əksinə olaraq, Azərbaycan Ordusunun uğurla irəliləməsindən vahiməyə düşən  Ermənistan rəhbərliyinin yalvarıcı, aşağılayıcı və təkidli xahişi nəticəsində üçüncü tərəfin vəsitəçiliyi ilə mümkün olmuşdur. Azərbaycan tərəfinin belə bir görüşə və addıma razılaşmasının yeganə səbəbi əlavə qan tökülməsinə son qoyulması olub.

Düşmən tərəfinin bu kimi saxtakarlığı son günlər Azərbaycan mətbuatında işğalçı Ermənistan ordusundakı neqativ hallar barədə yayılan faktlara cavab olaraq ermənisayağı atılmış növbəti uğursuz bir addımdır. Özünü təmizə çıxarmaq məqsədi daşıyan cinayətkar hərbi-siyasi rejim rəhbərliyi bu xəbərlərlə Ermənistan ordusundakı acınacaqlı vəziyyət səbəbindən hərbi qulluqçular arasında artan intihar, nizamnamədən kənar münasibətlər və digər cinayət əməllərindən əhalinin fikrini yayındırmağa çalışır.
Cəbhədəki döyüşdə uğur qazana bilməyən Ermənistan bu gün mətbuat, virtual məkan və kağız üzərində savaş açmaqla, hətta Azərbaycan Ordusunda heç zaman xidmət etməyən, sosial şəbəkələrdə saxta İP ilə qeydiyyatdan keçərək və azərbaycanlı bloqer adı  altında “döyüşərək” qismən də olsa uğursuzluqlarının əvəzini çıxmağa çalışır.

Müdafiə Nazirliyi bildirir ki, yayılan məlumatlar və sənədlər tamamən saxtadır, uydurmadır, Azərbaycan mətbuatı tərəfindən yayılması, sosial şəbəkələrdə müzakirəsi qətiyyən yolverilməzdir. Yayılan dezinformasiya xarakterli məlumatlar düşmən maraqlarına xidmət etdiyindən bu kimi təbliğata uymamağa çağırırıq”.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Əli Həsənovun nəvəsi məhkəməyə qolu qandallı gətirildi
24.11.2017, 11:23

Əli Həsənovun nəvəsi məhkəməyə qolu qandallı gətirildi

Bakıda Türk dünyasıyla bağlı beynalxalq konfrans keçirilir
24.11.2017, 11:22

Bakıda Türk dünyasıyla bağlı beynalxalq konfrans keçirilir

UNESCO-da almanların Azərbaycana gəlişinin 200 illiyi qeyd olundu
24.11.2017, 11:20

UNESCO-da almanların Azərbaycana gəlişinin 200 illiyi qeyd olundu

Hindistanda sərnişin qatarı relsdən çıxdı: 3 ölü, 13 yaralı
24.11.2017, 11:20

Hindistanda sərnişin qatarı relsdən çıxdı: 3 ölü, 13 yaralı

Azərbaycan nümayəndə heyəti Çində müzakirələr apardı - FOTOLAR
24.11.2017, 11:07

Azərbaycan nümayəndə heyəti Çində müzakirələr apardı - FOTOLAR

Ərdoğanın müşaviri Bakıda “imam Mehdi” ilə görüşdü, qalmaqal yarandı
24.11.2017, 10:58

Ərdoğanın müşaviri Bakıda “imam Mehdi” ilə görüşdü, qalmaqal yarandı

Bakı məktəblisi Avropa çempionu olub   
24.11.2017, 10:57

Bakı məktəblisi Avropa çempionu olub  

Pakistanda terror:  polis rəisi və mühafizəsi öldü
24.11.2017, 10:56

Pakistanda terror:  polis rəisi və mühafizəsi öldü

Baş redaktorlar Əflatun Amaşovun hər iki təklifini DƏSTƏKLƏDİLƏR   
24.11.2017, 10:48

Baş redaktorlar Əflatun Amaşovun hər iki təklifini DƏSTƏKLƏDİLƏR  

Milli Məclis dekabrın 1-də 31 məsələyə baxacaq
24.11.2017, 10:40

Milli Məclis dekabrın 1-də 31 məsələyə baxacaq

Səfir dəvət etdi, Yaqub Mahmudov Bolqarıstana getdi - FOTOLAR
24.11.2017, 10:34

Səfir dəvət etdi, Yaqub Mahmudov Bolqarıstana getdi - FOTOLAR

Şahzadələrin saxlanıldığı “Dünyanın ən lüks həbsxanası” - İlk dəfə kameralar çəkdi - VİDEO
24.11.2017, 10:25

Şahzadələrin saxlanıldığı “Dünyanın ən lüks həbsxanası” - İlk dəfə kameralar çəkdi - VİDEO

“Ayə, harayə gedirsən ayə?” mahnısı AzTV-də efirə verilməyib - AÇIQLAMA
24.11.2017, 10:21

“Ayə, harayə gedirsən ayə?” mahnısı AzTV-də efirə verilməyib - AÇIQLAMA

Çinin CMİG şirkəti Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edəcək
24.11.2017, 10:20

Çinin CMİG şirkəti Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edəcək

Ağdamda baş vermiş zəlzələnin nəticələri AÇIQLANDI
24.11.2017, 10:15

Ağdamda baş vermiş zəlzələnin nəticələri AÇIQLANDI

Mərkəzi Bankdan QƏRAR: Tariflər aşağı salındı
24.11.2017, 10:05

Mərkəzi Bankdan QƏRAR: Tariflər aşağı salındı

Sona Əliyeva: “Deputat olmağım tək mənim qərarım deyildi” - MÜSAHİBƏ   
24.11.2017, 10:04

Sona Əliyeva: “Deputat olmağım tək mənim qərarım deyildi” - MÜSAHİBƏ  

Avropa İttifaqı Ermənistanı qara siyahıya daxil edəcək
24.11.2017, 10:02

Avropa İttifaqı Ermənistanı qara siyahıya daxil edəcək

Ermənistan atəşkəsi 122 dəfə pozdu
24.11.2017, 09:28

Ermənistan atəşkəsi 122 dəfə pozdu

İslamda rəsm çəkmək qadağası aradan götürülüb - MÖVQE
24.11.2017, 09:23

İslamda rəsm çəkmək qadağası aradan götürülüb - MÖVQE

Azərbaycanlı jurnalist Almaniyadan sığınacaq istədi   
24.11.2017, 09:20

Azərbaycanlı jurnalist Almaniyadan sığınacaq istədi  

Fəzail Ağamalı partiyasının üzvlərini təbrik etdi   
24.11.2017, 09:18

Fəzail Ağamalı partiyasının üzvlərini təbrik etdi  

Ermənistan dünyada yeganə mono-etnik dövlətdir   
24.11.2017, 09:08

Ermənistan dünyada yeganə mono-etnik dövlətdir  

AvroLiqada 5-ci tur - Bütün NƏTİCƏLƏR
24.11.2017, 08:40

AvroLiqada 5-ci tur - Bütün NƏTİCƏLƏR

Saatlı rayonunda zəlzələ oldu   
24.11.2017, 08:33

Saatlı rayonunda zəlzələ oldu  

Rusiyada ÜAK-ın yerinə yeni Azərbaycan diaspor təşkilatı yaradılır
24.11.2017, 08:30

Rusiyada ÜAK-ın yerinə yeni Azərbaycan diaspor təşkilatı yaradılır

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ
24.11.2017, 08:23

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ

Sualtı qayığın yoxa çıxdığı ərazidə güclü partlayış
24.11.2017, 01:00

Sualtı qayığın yoxa çıxdığı ərazidə güclü partlayış

Daha bir şəhər İŞİD-dən təmizləndi
24.11.2017, 00:42

Daha bir şəhər İŞİD-dən təmizləndi

“Yerə sərilən çılpaq, ölü qadını canlı bir yavru əmməkdədir...”-Rəsulzadənin soyqırımı harayı
24.11.2017, 00:28

“Yerə sərilən çılpaq, ölü qadını canlı bir yavru əmməkdədir...”-Rəsulzadənin soyqırımı harayı

Yaponiyada zəlzələ oldu
24.11.2017, 00:13

Yaponiyada zəlzələ oldu

Azərbaycanla həmsərhəd ərazidə silahlı insident: Deputat öldü, Yenilənib
23.11.2017, 23:58

Azərbaycanla həmsərhəd ərazidə silahlı insident: Deputat öldü, Yenilənib

Azərbaycan nefti bahalaşdı
23.11.2017, 23:43

Azərbaycan nefti bahalaşdı

İlham Əliyev Poroşenko ilə görüşdü - Yenilənib,  Fotolar
23.11.2017, 23:28

İlham Əliyev Poroşenko ilə görüşdü - Yenilənib,  Fotolar

Məşhur futbolçu həbs edildi
23.11.2017, 23:18

Məşhur futbolçu həbs edildi

ARXİV