Modern.az

Balakəndə çayda boğulan gəncin meyiti tapılıb

Balakəndə çayda boğulan gəncin meyiti tapılıb

Aktual

19 Avqust 2017, 20:16

Balakəndə çayda batan 24 yaşlı gəncin meyiti tapılıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dünən, avqustun 18-də Katex çayının Balakən rayonundan keçən hissəsində batmış 1993-cü il təvəllüdlü Nuriyev Adilxan Nəzirxan oğlunun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Qeyd edək ki, mərhum gənc fəaliyyəti dayandırılan "Aygün" keçmiş rəhbərinin oğludur.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü