Modern.az

Barselonada terrorçuluğa qarşı aksiya başlayıb

Barselonada terrorçuluğa qarşı aksiya başlayıb

Aktual

20 Avqust 2017, 00:15

Barselonada müsəlmanlar terrorçuluğun əleyhinə etiraz aksiyası keçiriblər. Modern.az  xarici mediaya istinadən xəbər verir ki, aksiyada onlarla  etirazçı iştirak edib.  

Məlumata görə, etirazçılar avqustun 17-də terrorçuların hücumuna məruz qalmış Rambla küçəsi boyu yürüş ediblər. Onlar əllərində “Biz terrorçu deyil, müsəlmanıq” yazılmış plakatlar tutmuşdular.

Qeyd edək ki, İspaniyanın Barselona və Kambrils şəhərlərində avqustun 17-də törədilən terror hücumları nəticəsində 15 nəfər ölüb, 130-dan çox şəxs xəsarət alıb. 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü