Modern.az

Mingəçevirdə sərnişin mikroavtobusu qəzaya uğrayıb

Mingəçevirdə sərnişin mikroavtobusu qəzaya uğrayıb

20 Avqust 2017, 00:28

Mingəçevirdə sərnişin mikroavtobusu qəzaya uğrayıb. Modern.az ”Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, Avtovağzalın yaxınlığında baş verib.

Belə ki, “VAZ 2107” markalı avtomobil həmin an xəttə olmayan, Mingəçevir-Bakı marşurutu ilə sərnişin daşıyan “Ford” markalı mikroavtobusla toqquşub.

Nəticədə “VAZ 2107”-nin sürücüsü - 1997-ci il təvəllüdlü şəhər sakini Əliyev Aydın Namiq oğlu xəsarət alıb. Yaralı hadisə yerinə gəlmiş təcili yardım maşını ilə şəhər xəstəxanasına aparılıb.

Baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü