19 noyabr 2017, Bazar
Ana Səhifə - ÖLKƏ - Cəbrayıl 1993-cü ilin 21 avqustunda: “Əlikram Hümbətov yol kəsirdi”
Cəbrayıl 1993-cü ilin 21 avqustunda: “Əlikram Hümbətov yol kəsirdi”
21.08.2017, 11:00

Bir neçə gündən sonra  Cəbrayılın  Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 24-cü ili tamam olacaq. Belə ki, rayon 1993-cü ilin 23 avqustunda  işğal olunub.

 

Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayılın Ermənistan Silahlı Qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.

 

Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib.

 

Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

 

Modern.az saytı  “1993-cü ilin o günü” layihəsini davam etdirir. Müsahibimiz o zamandan bəri Cəbrayıl Diyarşünaslıq muzeyinin direktoru Tariyel Abbasovdur. O, 1993-cü ilin 21 avqustunu ürək ağrısı ilə xatırlayır...

 

İnsanların əhvalı yerində idi

 

 

“Avqustun 21-də Cəbrayılda həyat öz axarı ilə davam edirdi. 24 il bundan əvvəlin avqust ayı cəbrayıllılar üçün heç də narahat ay deyildi. O baxımdan ki, insanların əhval-ruhiyyəsi yerində idi. Cəbrayılın işğalı ərəfəsində insanların qida və  enerji problemi yox idi. Hər şey çox yaxşı idi. Təbiətin də yaxşı vaxtı idi. Günəşli vəziyyət hökm sürürdü. İnanın ki, insanların rayondan çıxmaq kimi bir niyyəti yox idi”

 

 

“18 nəfərin başını bədənindən ayırmışdılar”

 

 

Müsahibimiz deyir ki, əslində hər şey avqustun 15-dən sonra gərginləşməyə başladı.

 

“Düzdür, deyirəm ki, avqust ayı cəbrayıllılar üçün adi aylardan biri kimi olub. Amma bu hal avqustun 15-nə qədər keçərli oldu. Avqustun 15-dən sonra hərbi qüvvələrimiz, polis dəstələrimiz çox yaxşı müdafiə olunurdu. Avqustun 14-dən 15-nə keçən gecə Cəbrayıl üçün çox önəmli olan strateji nöqtə vardı. O, “Daşbaşı” postu adlanırdı. “Daşbaşı” postunda gecə ilə ermənilər qəflətən hücum edərək 18 nəfərin başını bədənindən ayırmışdı. Özü də bu hadisə topsuz-tüfəngsiz həyata keçirilmişdi. Adi məişət bıçağı ilə günahsız insanları qətlə yetirmişdilər. Əslində “Daşbaşı” postu elə bir yer idi ki, Cəbrayıl oradan ovuc içi kimi aydın görünürdü. Ora alınandan sonra ermənilərin əsas qüvvələri ora toplaşmışdı.

 

Həmin ərazi ələ keçiriləndən sonra Cəbrayıl rayonunun kəndləri atəşə tutulmağa başladı. Halbuki həmin vaxta qədər qadın, uşaq belə rayonu tərk etməmişdi. Post ələ keçiriləndən sonra  qadınların, uşaqların bir qismi  Cəbrayıldan çıxarılmağa başladı. Həmin vaxt yaşlı insanlar, qadınlar uşaqlar Arazboyu adlanan yerə yığışdılar. Ona görə də avqustun 15-i və 23-ü arasında bir boşluq yarandı”

 

 

“Cəbrayılın işğal olunacağına inanmaq istəmirdik”

 

 

Cəbrayıldan olan məcburi köçkünün sözlərinə görə heç də hər gün yuxarı  dairələrdən kimlərinsə Cəbrayıla gəldiyini söyləmək olmaz.

 

“Vallah avqust ayında Cəbrayıla yuxarı dairələrdən kimsə gəlməmişdi. Sadəcə avqustun 15-i və 23-ü arası insanlar Arazboyu ərazidə yerləşmişdilər. Həmin vaxt rəhbər dairələrdən gəlib qərargah yaratmışdılar. Hətta bir çox hallarda təxribat yaranması səbəbindən insanların köç etməsini əngəlləyirdilər. Həmin vaxt Cəbrayılın deputatı Murad Babayev idi. Bir neçə dəfə  bizə baş çəkmişdi. O həm də respublikanın baş prokuroru olmuşdu. İnsanların qayğıları ilə maraqlanırdılar. Amma bir reallıq var idi ki, Füzuli də, Ağdam da alınmışdı. Geriyə işıqlı yol görünmürdü. Buna baxmayaraq, Cəbrayıl insanları ümidli idi. Rayonun işğal olunacağına inanmırdıq, inanmaq istəmirdik”.

 

“Xeyli insan Araz çayında boğuldu”

 

Müsahibimiz bir məsələni də qeyd edib. Onun sözlərinə görə cəbrayıllılar düz 2 ay Arazboyu ərazidə yaşayıb.

 

“Əslində, isə vəziyyət belə idi. Cəbrayıl rayonu avqustun 23-ü işğal olunsa da insanlar düz 2 ay Arazboyu ərazilərdə yaşadı. Bu da oktyabrın 23-nə qədər davam etdi. Sual edirsinizz ki, niyə insanlar Arazboyu əraziləri tərk etdi? Nə vadar etdi? İnsanları Arazboyu ərazilərdən çıxmağa  Füzulinin işğal olunması və  Qubadlı-Zəngilan tərəfdən ermənilərin hücuma keçməsi vadar etdi. Bu zaman belə bir tendensiya yarandı.  Ermənilər Qubadlı-Zəngilan tərəfdən hücum edirdilər. Horadiz tərəfdən də yolu kəsirdilər. Bu vaxt insanların bir qismi Araz çayına üz tutdu. Həmin vaxt xeyli insanlarımız Araz çayında boğuldular. Sonradan məlum oldu ki, ermənilər qəsdən yolun bir hissəsini açıblar ki, insanlar çıxıb getsinlər. İnsanlarımızın bir qismi həmin yolla çıxıb getmişdi. Həmin vaxt mən də öz maşınımla Cəbrayılın bəzi kəndlərinə gedirdim. Yolda neçə-neçə maşınların aşdığını, insanların həlak olduğunu gördüm”.

 

Erməni taktikası

 

 

Muzeyin direktoru deyir ki, çətinliklə də olsa eksponatların 95%-ni işğal olunmuş rayondan çıxara bilib.

 

“Muzeyin eksponatlarının hamısını özümlə gətirmişəm. Qoymadım ermənilərin əlində məhv olsun. On yeddi mindən çox materialı özümlə gətiməyə müyəssər oldum. Həm də ermənilərdə belə bir taktika vardı. Bir kəndi işğal etməmişdən öncə həmin ərazini mərmilərdən atəşə tuturdular. Bir həftədən sonra isə insanların hansı əhval-ruhiyyədə olduğunu yoxlamağa başlayırdılar. Ona görə də ayın 15-dən sonra Cəbrayıl rayonunun aşağı kəndləri boşaldılmağa başlanıldı. Avqustun 23-ü gecəsi artıq erməni tankları və canlı qüvvəsi Cəbrayılın mərkəzinə daxil olmuşdular”.

 

“Əlikram Hümbətov yol kəsməklə məşğul idi”

 

Tariyel Abbasov həmin vaxtların ordusundan da danışıb.

 

““Daşbaşı” postu alınanda Zəngilandan bir korpus gəlib erməniləri zərərsizləşdirmişdi. Lakin ermənilər son anda bizim ordu birləşmələrini geri qaytarmışdı. Ona görə də “ordu yox idi” demək olmur. Sadəcə, idarə etməyə qoymurdular. Pərkəndəlik vardı. Həmin vaxtlar Əlikram Hümbətovun dəstələrini xatırlayıram. Yadımdadır ki, bir dəfə Cəlilabad tərəfə gedirdim. Əlikram Hümbətov da cənubdan idi. Həmin vaxt insanların qarşısını kəsib yoxlayırdılar ki, görsünlər kim hardan gəlib hara gedir. Təbii belə vaxtda özümü saxlaya bilməzdim. Dedim ki, insanlarımız ermənilərlə üz-üzə qalıb. Gedin onları müdafiə edin, dayanıb yol kəsməyin! Təxribat törətməyin!. Təəssüf ki, belə insanlarımız da olub”

 


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın...”   
19.11.2017, 15:37

Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın...”  

Bu il ölkəyə 532 mindən mobil telefon və digər mobil qurğular idxal olunub
19.11.2017, 15:19

Bu il ölkəyə 532 mindən mobil telefon və digər mobil qurğular idxal olunub

6 şəxsin meyiti Azərbaycana qaytarılıb - Qızıl Xaç Komitəsinin HESABATI
19.11.2017, 14:48

6 şəxsin meyiti Azərbaycana qaytarılıb - Qızıl Xaç Komitəsinin HESABATI

Lavrov İrəvanda Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək
19.11.2017, 14:37

Lavrov İrəvanda Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək

Ucarda pambıq tayası yanıb
19.11.2017, 14:24

Ucarda pambıq tayası yanıb

“Azəristilik” SÖZ VERDİ: “Sabahdan bütün mənzillərdə istilik olacaq”
19.11.2017, 14:14

“Azəristilik” SÖZ VERDİ: “Sabahdan bütün mənzillərdə istilik olacaq”

“Made in Azerbaijan” brendi ilə Rusiyaya məhsullar ixrac olunacaq
19.11.2017, 13:30

“Made in Azerbaijan” brendi ilə Rusiyaya məhsullar ixrac olunacaq

Fransada polis 3 nəfəri qətlə yetirib
19.11.2017, 12:40

Fransada polis 3 nəfəri qətlə yetirib

Sabaha olan hava PROQNOZU
19.11.2017, 12:28

Sabaha olan hava PROQNOZU

İmişlidə avtoqəza: ölən və yaralananlar var
19.11.2017, 11:43

İmişlidə avtoqəza: ölən və yaralananlar var

Komanda-qərargah oyunları çərçivəsində Naxçıvan Qarnizonu fəaliyyətlərini davam etdirir - FOTO - VİDEO
19.11.2017, 11:25

Komanda-qərargah oyunları çərçivəsində Naxçıvan Qarnizonu fəaliyyətlərini davam etdirir - FOTO - VİDEO

“Evrascon” ASC-nin avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var - SALYANDA
19.11.2017, 11:07

“Evrascon” ASC-nin avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var - SALYANDA

Plagiat faktlarla  bağlı hansı müraciətlər daxil olub?- RƏSMİ
19.11.2017, 11:04

Plagiat faktlarla  bağlı hansı müraciətlər daxil olub?- RƏSMİ

Türkiyə, Rusiya və İran xarici işlər nazirləri bu gün görüşəcək
19.11.2017, 10:31

Türkiyə, Rusiya və İran xarici işlər nazirləri bu gün görüşəcək

Ekologiya Nazirliyi: Qaxda yanan ərazi meşə deyil, otlaq sahəsidir - YENİLƏNİB
19.11.2017, 10:21

Ekologiya Nazirliyi: Qaxda yanan ərazi meşə deyil, otlaq sahəsidir - YENİLƏNİB

Çaylarda sululuq səviyyəsi açıqlandı
19.11.2017, 10:12

Çaylarda sululuq səviyyəsi açıqlandı

Düşmən atəşkəsi 135 dəfə pozdu
19.11.2017, 09:49

Düşmən atəşkəsi 135 dəfə pozdu

Teymur Rəcəbov FİDE Qran-pri mərhələsinin liderlər qrupunda yer alıb
19.11.2017, 00:56

Teymur Rəcəbov FİDE Qran-pri mərhələsinin liderlər qrupunda yer alıb

İngiltərəli azarkeşlər arasında kütləvi dava
19.11.2017, 00:32

İngiltərəli azarkeşlər arasında kütləvi dava

NATO baş katibi Ərdoğandan təkrar üzr istədi
19.11.2017, 00:13

NATO baş katibi Ərdoğandan təkrar üzr istədi

İtkin düşən Kürdəmir sakini tapıldı
18.11.2017, 23:49

İtkin düşən Kürdəmir sakini tapıldı

Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya etdi
18.11.2017, 23:32

Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya etdi

İranda dahi şair Şəhriyarın büstü təhqir edildi
18.11.2017, 23:13

İranda dahi şair Şəhriyarın büstü təhqir edildi

Astarada torpaq sürüşməsi yolları qismən bağladı
18.11.2017, 22:56

Astarada torpaq sürüşməsi yolları qismən bağladı

“İskəndər-M” yeni ballistik raketi sınaqdan keçirildi - Video
18.11.2017, 22:42

“İskəndər-M” yeni ballistik raketi sınaqdan keçirildi - Video

“Dünya gözəli-2017”in qalibi Hindistan təmsilçisi oldu
18.11.2017, 22:23

“Dünya gözəli-2017”in qalibi Hindistan təmsilçisi oldu

Prezident  Robert Muqabe Zimbabvedən qaçdı
18.11.2017, 22:09

Prezident  Robert Muqabe Zimbabvedən qaçdı

Rusiya İŞİD mövqelərini bombaladı
18.11.2017, 21:51

Rusiya İŞİD mövqelərini bombaladı

Deputat Ərəb Liqası rəsmilərinə köçkünlərdən danışıb
18.11.2017, 21:35

Deputat Ərəb Liqası rəsmilərinə köçkünlərdən danışıb

Sabirabaddakı qəzada polis əməkdaşı öldü
18.11.2017, 21:22

Sabirabaddakı qəzada polis əməkdaşı öldü

Prezident məşhur Aslan Aslanovu təltif etdi
18.11.2017, 21:08

Prezident məşhur Aslan Aslanovu təltif etdi

Dünyanın ən iri hava gəmisi qəzaya uğradı
18.11.2017, 21:04

Dünyanın ən iri hava gəmisi qəzaya uğradı

İndi söz sizindir, ƏZİZ XANIMLAR...
18.11.2017, 20:50

İndi söz sizindir, ƏZİZ XANIMLAR...

Azərbaycan Gimnastika Federasiyası könüllülər qəbul edir
18.11.2017, 20:32

Azərbaycan Gimnastika Federasiyası könüllülər qəbul edir

Paytaxtda yaşayış binasında yanğın: 23 sakin təxliyyə edildi
18.11.2017, 20:16

Paytaxtda yaşayış binasında yanğın: 23 sakin təxliyyə edildi

ARXİV