Modern.az

Ölkədə istirahət günlərində 11 nəfər yol qəzalarında ölüb

Ölkədə istirahət günlərində 11 nəfər yol qəzalarında ölüb

Aktual

21 Avqust 2017, 13:42

Azərbaycanda istirahət günlərində 11 nəfər yol qəzalarının qurbanı olub.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, avqustun 19-da respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

 

Avqustun 20-də isə 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü