Modern.az

Dünyanı lərzəyə salacaq ən təhlükəli raketlər - SİYAHI

Dünyanı lərzəyə salacaq ən təhlükəli raketlər - SİYAHI

Dünya

29 Avqust 2017, 14:26

Şimali Koreyanın yeni raket sınağı bütün qonşu ölkələrdə ciddi narahatlıq yaradıb. Modern.az dünyanın ən təhlükəli raketləri və onların sahibləri haqda informasiyaları təqdim edir.

 

Rusiya dünyada ən təhlükəli raketlərə malik ölkə kimi tanınır. Belə ki, rəsmi Moskvanın arsenalında hələ Sovet İttifaqı dövründə hazırlanmış dünyanın ən uzun məsafə qət edən və dağıdıcı gücə malik P-36M2 “Voevoda” raketləri var. 16 min kilometr məsafə qət edə bilən “Voevoda” 750 kiloton gücə malikdir və 10-a qədər nüvə başlığı daşımaq iqtidarındadır.

Rusiyanın malik olduğu 2-ci ən güclü raket PC-24 “Yars” ballistik raketləridir. Bu raketlər 12 min kilomer məsafədəki hədəfi məhv edir və 300 kiloton dağıdıcı gücə malikdir. 

Moksvanın arsenalında olan RT-2PM2 “Topol” raketləri isə 11500 kilometrə qədər məsafəyə uçur və 500 kiloton zərbəyə malikdir. Bundan başqa, rusların 7 minə qədər nüvə başlığı var.

 

ABŞ-ın arsenalında yalnız “Minuteman III” ballistik raketi mövcuddur. Uzaqdakı hədəfləri effektiv məhv etməklə bağlı problemlər olsa da, bu ballistik raket əlverişli coğrafi şəraitdə yerləşdiyi üçün istənilən hədəfi məhv edə bilər. Bu raketlər 350 kiloton partlayıcı daşımağa qadirdir. Rəsmi Vaşinqtonun 6800 nüvə başlığı var.

 

Çin ballistik raket istehsalını 1950-ci illərdə SSRİ-nin köməyi ilə gerçəkləşdirib. Lakin hazırda Çinin hərbi sənayesi yeni raket növləri istehsal edir. Bu raketlər arasında “Dunfen-41” 15 min kilometr məsafəyə qədər uça bilir. Eyni zamanda 10 nüvə başlığı daşıyan “Dunfen” raketləri 150 kiloton gücə malikdir. Çin Xalq Respublikasının ümmilikdə 270 nüvə başlığı mövcuddur.

 

Dünyanı qorxudan Şimali Koreyaya gəldikdə isə bu kommunist ölkəsinin 20 nüvə başlığı və hədəfi 15 min kilometr məsafədə məhv etməyə qadir “Tepdonod-2” ballistik raketləri var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir