Modern.az

Əli Hüseynli: Rusiya ilə sıx əməkdaşlığımız var

Əli Hüseynli: Rusiya ilə sıx əməkdaşlığımız var

Aktual

14 Sentyabr 2017, 13:31

Rusiya və Azərbaycan arasında sıx əməkdaşlıq var, hər iki ölkə xüsusən son dövrlərdə münasibətlərin yaxşı olmasını sübut edərək bir-birini sıx dəstəkləyir.

 

Trend-in məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Moskva-Bakı xətti - Qafqazın yeni geosiyasətinə doğru" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, Ümumdünya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv olunması ilə bağlı qərar Azərbaycan ictimaiyyətini və hökuməti çox narahat edir.

 

Ə.Hüseynli ÜAK-ın ləğvi ilə bağlı qərardan verilən apelyasiya şikayətinə ədalətli baxılacağına və qurumun fəaliyyətini davam etdirəcəyinə ümid etdiyini qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı