Modern.az

Komitə sədri dərsliklərin yazılması ilə bağlı təklif verdi

Komitə sədri dərsliklərin yazılması ilə bağlı təklif verdi

Aktual

18 Sentyabr 2017, 12:10

“Dərsliklərlə bağlı son dövrlərdə tənqidi fikirlər çox səslənir. Məsələnin aktuallığını Təhsil Nazirliyi dərk edərək Ekspertiza Şurası yaradıb və mən də həmin şurada təmsil olunuram. Mövcud dərsliklərlə bağlı doldurulmalı boşluqlar az deyil. Bu şəkildə davam edilsə, gələcəkdə dərslik siyasətinin qənaətbəxş olduğu haqda nəsə deyə bilmərik”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri  Rafael Hüseynov deyib.

 

Deputat dərslik vəsaitləri ilə bağlı qanun layihəsinin hazırlanmasını təklif edib.

 

Şurada səsləndirilən təkliflərin çoxunun təşəbbüslər səviyyəsində olduğunu diqqətə çatdıran parlament üzvü əlavə edib ki, dərslik siyasəti sahəsində qanunvericilik çərçivəsində müəyyənləşən istiqamətlər olmalıdır:

 

“Hesab edirəm ki, dərsliklərdə nəyin hansı həddə olmasını müəyyənləşdirən qanun layihəsi hazırlanmalıdır.

 

Qanunda elə parametrlər olsun ki, hansı müəlifin yazmasından asılı olmayaraq həmin müddəalar nəzərə alınsın və nəzərdə tutulan parametrlərdən kənara çıxılmasın. Bu, qanunla idarə olunarsa, o zaman ayrı-ayrı dərsliklərdə çoxlu sayda xətaların ortaya çıxmasının qarşısı alına bilər”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü