Modern.az

Cahangir Əsgərovun ailə şirkətində güclü yanğın oldu

Cahangir Əsgərovun ailə şirkətində güclü yanğın oldu

Aktual

19 Sentyabr 2017, 17:38

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonu ərazisində "Gazelli Group"a məxsus anbarda baş vermiş yanğın saat 17:00-da söndürülüb.

Modern.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və texnikası cəlb olunub. Əlavə məlumat veriləcək.


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, hadisə nəticəsində tüstüdən boğulan 10-a yaxın şəxsə tibbi yardım göstərilib.


Qeyd edək ki, "Gazelli Group" şikəti AZAL-ın prezidenti Cahangir Əsgərovun ailəsinə məxsusudur. Şirkəti onun xanımı idarə edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü