Modern.az

Hərbi Akademiyada elmi-praktik konfrans keçirilib

Hərbi Akademiyada elmi-praktik konfrans keçirilib

20 Sentyabr 2017, 19:56

Ordu quruculuğunun elmi əsaslarla, elmi-texniki yeniliklərin tətbiqi ilə inkişaf etdirilməsi yollarının araşdırılması məqsədilə Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Elm və tədrisin vəhdəti: nəzəriyyədən praktikaya” mövzusunda elmi-praktik konfrans keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tədbirdə xüsusi təyinatlı təhsil müəssisələrinin və nazirliyin müvafiq idarələrinin nümayəndələri iştirak edib.

Natiqlər hərb elminin inkişafı, hərbi-texniki nailiyyətlərin tətbiqi və görülməsi zəruri olan tədbirlərdən danışıblar.

Hərbi elmi nailiyyətlərin praktikaya tətbiqi istiqamətində mövcud problemlərin sistemləşdirilməsi, aradan qaldırılması ilə bağlı təşkil edilən konfransın xüsusi təyinatlı təhsil müəssisələrində davam etdiriləcəyi bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü