20 oktyabr 2017, Cümə
Ana Səhifə - ÖLKƏ - “Yol verin, qudam gəlir, ən əziz adam gəlir!” - Məmur qohumluğunun TƏHLÜKƏSİ
“Yol verin, qudam gəlir, ən əziz adam gəlir!” - Məmur qohumluğunun TƏHLÜKƏSİ
21.09.2017, 13:37

Azərbaycanda yüksək postlar tutan məmurların bir-biriləri ilə qohum - quda olması artıq sanki bir ənənə halını alıb. Bu halda belə bri fikir hakim kəsilir ki, quda məmurlar tutduqları vəzifədə dayaqlarını möhkəmləndirmək üçün övladlarından istifadə edirlər. Əlbəttə, həmin məmur övladları arasında həqiqətən də bir-birini görüb-bəyənən, sevərək ailə quran gənclər də var. Amma bir çox hallarda bu münasibətlərin ümumilikdə düşünülmüş, məqsədli şəkildə qurulması heç kimə sirr deyil. Çünki bəzən qudalardan biri işdən çıxarılan kimi övladlar boşanırlar. Belədə sual yaranır: bəs hansı onların toy mərasimində təriflənən sevgi-məhəbbəti?..

Bəzən bu mövzunun müzakirəsi zamanı kimlərsə “bəyəm nazir oğlu gedib fəhlə qızı alacaq?..” deyə məmurlara haqq qazandırı. Axı niyə də almasın?...
Dünya praktikasına, dünya siyasətinə nəzər salın. Nə qədər sadə ailənin qızı ilə evlənən varlı oğlanlar, sadə oğlana ərə gedən məmur qızları var. Bizdə isə əksinədir: kasıb oğlu varlı qızı ala bilməz, məmur oğlu fəhlə qızı ilə evlənməz...

Sentyabrın 19-da “Buta Palace”da Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun oğlu Orxan Qurbanovun toy mərasimi keçirilib. Orxan Qurbanov Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanovun qızı Fərəhlə ailə qurub. Bu, sadəcə azərbaycanlı məmurların qohumluq münasibətlərini rəsmiləşdirməsindən bir nümunədir. 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun qudalığı heç kimə sirr deyil. Siyahıya Vergilər naziri Fazil Məmmədov və müavini Namiq Əliyevi daxil etmək olar. Belə ki, nazir öz qızını müavinin oğluna nişanlayıb. Namiq Əliyev həm də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla qudadır. Nazir Fazil Məmmədovun məmurlarla qohumluq münasibətləri bununla sərhədlənmir. Onun bacısı Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərovla nikahdadır.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin qızı dünya evinə girib. Qeyd edək ki, sədrin nəvəsi Nail Allahverdiyev ötən ay “Mercedes Galendevagen” markalı avtomobili ilə qəza törədib. Və ölümlə nəticələnmiş bu qəza böyük qalmaqalla müşayiət olundu.

Qudalıq münasibətlərində olan sabiq nazirlər və deputatlar də var. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun deputat Əliağa Hüseynovla qudalığı da bu qəbildəndir.


Elə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və sabiq deputat Qalib Salahzadənin qudalığını məşhurların siyahıya daxil edə bilərik.

Eks-milli təhlükəsizlik naziri Eldar Mahmudovla Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin, Mərkəzi Bankın sədri Elman Rüstəmovla “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin  də timsalında qudalar mövzusu tez-tez müzakirələrə açılır.

Analoji qohumluq münasibəti sabiq təhsil naziri Misir Mərdanovla Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sabiq hakimi Mənsur İbayev arasında da var. 
Baş prokurorun birinci müavini Rüstəm Usubovla müdafiə sənayesi naziri Yavər Camalovu da qudaqlıq münasibətləri bağlayır. 

Siyahını xeyli uzatmaq olar...


Azərbaycan Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev Modern.az
-a bildirib ki, Azərbaycan məmurlarının övladlarının ailə qurması, qohumluq əlaqələri nevpotizm, yeni bir trenddir:

“Bunun təhlükəli cəhətləri çoxdur. Mən qarşılıqlı sevgiyə əsaslanan ailələrin qurulmasının tərəfdarıyam. İnanıram ki, məmurların qohumluqlarında da sevgiyə əsaslanan ailələr var. Amma məmurların övladlarının nikahı hansısa siyasi maraqlara hesablanıbsa, bu, klanlıq, dövlətin gələcəyi üçün təhlükə yaradan amillərdir. Əslində nevpotizm böyük korrupsiya elementlərinin meydana gəlməsinə səbəb olur. Bu həm də dövlətin təhlükəsizliyilə də bağlı ciddi problemlərə gətirib çıxara bilər. Beynəlxalq , siyasi-hüquqi ədəbiyyatda belə bir yanaşma var. Dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi üçün orta əsrlərdə bu formadan daha çox istifadə olunurdu. Mən hazırda belə bir formatdan istifadəyə ehtiyac görmürəm. Çünki məmur övladlarının nikahları klanların birləşməsi, yeni klanların yaranmasına gətirib çıxarır. Ümid etmək istərdim ki, bu klanlar gələcəkdə dövlət, yaxud hakimiyyət üçün ciddi təhlükə yaratmayacaq. Amma əlbəttə ki, bütün məmur ailələrin qohumluğu siyasi, maliyyə hesablamalarına əsaslanmır. Məmur, oliqarx nikahlarında saf sevgi üzərində qurulan ailələrə də rast gəlirik. Orta məktəbdə, liseydə, yaxud universitetdə təhsil alanlar olub ki, bir-birini görüb bəyənib, valideynlərə də onları evləndirməkdən başqa çarə buraxmayıblar. Bu normaldır. Amma əksərən Azərbaycanda yüksək zümrədən olanların övladlarının nikahı siyasi, iqtisadi, maliyyə hesabı ilə bağlanır”.

 


Ə.Nuriyev qeyd edib ki, bundan hansısa bir formada imtina etmək lazımdı:

 

“Əlbəttə ki, nikah qanunvericiliyə, Konstitusiyaya görə, iki tərəfin könüllü birgə müqaviləsidir. Kiməsə demək də olmaz ki, “bu filankəsin oğludur, yaxud qızıdır, onunla nikaha girə bilməzsən”. Bunu da qadağan etmək olmaz. Bu, insan hüquqlarına zidd olan məsələdir. Eyni zamanda, bunun dövlət və hökumət üçün təhlükə yaratmasına imkan vermək olmaz. Artıq dövlət oturuşandan sonra bunun faydası yoxdur, bu, klanlaşmaya gətirib çıxara bilər. Təbiidir, dünya durduqca belə nikahlar olacaq. Amma təhlükəli tendensiyanın qarşısını almağa çalışmaq lazımdır. Çünki sonradan bunlar bir-birinə vəzifə pillələrində də yardım edirlər. Bəzən quda məmurlar bir-birinə tabeçilik münasibətlərində olurlar ki, bu da korrupsiya, qeyri-qanuni lobbiçilik üçün əlavə imkanlar yaradır. Yaxud istedadlı insanların idarəçilik orqanlarına gəlməsinin qarşısını alır. Biz bunu da düşünməliyik.

Digər tərəfdən, klanlardan biri böyük bir korrupsiya əməllərinə yol verirsə, siyasi proseslərə, dövlətin maraqlarına qarşı çıxırsa, həmin adamlar həbs olunur. Həmin vaxt qohumlarının fəaliyyətlərinə də kölgə salır, onlara etimadın azalmasına gətirib çıxarır. Bu kimi hallarda isə ümumi maraqlara söykənən nikahların pozulmasının da şahidi oluruq. Bu da özlüyündə ailə faciəsinə yol açır”.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Gələn il ipotekaya ayrılacaq pulun MƏBLƏĞİ 
20.10.2017, 14:08

Gələn il ipotekaya ayrılacaq pulun MƏBLƏĞİ 

Büdcədən AXC-nin 100 illiyi üçün 5 milyon manat ayrılacaq
20.10.2017, 13:58

Büdcədən AXC-nin 100 illiyi üçün 5 milyon manat ayrılacaq

Niderland səfiri: “Azərbaycan kimi biz də böyük güclərlə əhatə olunmuşuq”
20.10.2017, 13:53

Niderland səfiri: “Azərbaycan kimi biz də böyük güclərlə əhatə olunmuşuq”

CİA: “ABŞ Şimali Koreyanın nüvə zərbələrinə hazır olmalıdır”
20.10.2017, 13:39

CİA: “ABŞ Şimali Koreyanın nüvə zərbələrinə hazır olmalıdır”

3 məsələ Milli Məclisin gündəliyindən çıxarıldı    
20.10.2017, 13:33

3 məsələ Milli Məclisin gündəliyindən çıxarıldı  

Deputat dövlət orqanlarını şəkillərə görə hörmətsizlikdə SUÇLADI
20.10.2017, 13:27

Deputat dövlət orqanlarını şəkillərə görə hörmətsizlikdə SUÇLADI

Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq...
20.10.2017, 13:19

Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq...

Poçt xidmətinin əhatə dairəsi dəqiqləşib
20.10.2017, 13:17

Poçt xidmətinin əhatə dairəsi dəqiqləşib

Əcnəbilərin Azərbaycanda yaşaması üçün tələblər dəyişdi
20.10.2017, 13:13

Əcnəbilərin Azərbaycanda yaşaması üçün tələblər dəyişdi

Bakıda həyət evlərindən oğurluq edən yaxalandı   
20.10.2017, 13:12

Bakıda həyət evlərindən oğurluq edən yaxalandı  

Milli Məclis yeni medal təsis etdi
20.10.2017, 13:11

Milli Məclis yeni medal təsis etdi

Putin Ramazan Abdulatipova yeni vəzifə verdi   
20.10.2017, 13:07

Putin Ramazan Abdulatipova yeni vəzifə verdi  

Deputat təklif verdi, Oqtay Əsədov “onsuz da xeyri yoxdur” dedi
20.10.2017, 13:06

Deputat təklif verdi, Oqtay Əsədov “onsuz da xeyri yoxdur” dedi

“Əks addım atmalıyıq” – Deputatdan ÇAĞIRIŞ
20.10.2017, 13:01

“Əks addım atmalıyıq” – Deputatdan ÇAĞIRIŞ

Naxçıvanın Konstitusiyası dəyişdi
20.10.2017, 12:56

Naxçıvanın Konstitusiyası dəyişdi

Məşhur bəstəkarlar: “İndi Şövkət Ələkbərova səviyyəsində müğənni tanımırıq”  
20.10.2017, 12:55

Məşhur bəstəkarlar: “İndi Şövkət Ələkbərova səviyyəsində müğənni tanımırıq”  

Sumqayıtda polis oğrunu tutdu
20.10.2017, 12:51

Sumqayıtda polis oğrunu tutdu

“İqtisad Məhkəməsi Ali Məhkəmənin əleyhinə qərar çıxarıb, buna Avropa Şurası neyləsin?”
20.10.2017, 12:50

“İqtisad Məhkəməsi Ali Məhkəmənin əleyhinə qərar çıxarıb, buna Avropa Şurası neyləsin?”

Sabahın hava proqnozu AÇIQLANDI
20.10.2017, 12:48

Sabahın hava proqnozu AÇIQLANDI

2018-ci ilin dövlət büdcəsinin bütün GÖSTƏRİCİLƏRİ bəlli oldu
20.10.2017, 12:35

2018-ci ilin dövlət büdcəsinin bütün GÖSTƏRİCİLƏRİ bəlli oldu

Oqtay Əsədov: “Elə bil lotereya oynayırlar”
20.10.2017, 12:31

Oqtay Əsədov: “Elə bil lotereya oynayırlar”

Sumqayıtda İran vətəndaşını öldürən dəstənin qadın üzvü də tutuldu - FOTO
20.10.2017, 12:24

Sumqayıtda İran vətəndaşını öldürən dəstənin qadın üzvü də tutuldu - FOTO

Səməd Seyidov Milli Məclisdə AŞPA-nı sərt tənqid etdi
20.10.2017, 12:22

Səməd Seyidov Milli Məclisdə AŞPA-nı sərt tənqid etdi

İlham Əliyev və Ərdoğanın iştirakı ilə D-8 Zirvə görüşü başladı - FOTO
20.10.2017, 12:14

İlham Əliyev və Ərdoğanın iştirakı ilə D-8 Zirvə görüşü başladı - FOTO

Şamaxıda avtomobil aşdı, sürücü öldü
20.10.2017, 12:13

Şamaxıda avtomobil aşdı, sürücü öldü

“Bakıda böyük partlayış olacaq” - Əməkdar memar HƏYƏCAN TƏBİLİ çaldı
20.10.2017, 12:03

“Bakıda böyük partlayış olacaq” - Əməkdar memar HƏYƏCAN TƏBİLİ çaldı

Sarkisyan Ermənistanın yeni baş naziri olacaq - İDDİA
20.10.2017, 11:56

Sarkisyan Ermənistanın yeni baş naziri olacaq - İDDİA

UNEC alimi Harvard Universitetində tədqiqat aparacaq
20.10.2017, 11:35

UNEC alimi Harvard Universitetində tədqiqat aparacaq

Kərkük yaxınlığında silahlı toqquşma baş verib
20.10.2017, 11:31

Kərkük yaxınlığında silahlı toqquşma baş verib

Tələbə qəbulu qaydalarında dəyişiklik edildi
20.10.2017, 11:27

Tələbə qəbulu qaydalarında dəyişiklik edildi

DİM: Balların hesablanması qaydası dəyişəcək
20.10.2017, 11:23

DİM: Balların hesablanması qaydası dəyişəcək

Bakıda yüksək vəzifəli məmurun kürəkəni narkotiklə tutulub
20.10.2017, 11:21

Bakıda yüksək vəzifəli məmurun kürəkəni narkotiklə tutulub

Leyla Əliyeva Musiqili Teatrda olub
20.10.2017, 11:19

Leyla Əliyeva Musiqili Teatrda olub

İnternetimiz niyə zəifdir? - Baş redaktorlar şikayət etdi, provayderlər susdu, ekspert yol göstərdi
20.10.2017, 11:11

İnternetimiz niyə zəifdir? - Baş redaktorlar şikayət etdi, provayderlər susdu, ekspert yol göstərdi

Gürcüstandakı səfirliyimiz azərbaycanlı namizədin güllələnməsinə görə işə qarışdı
20.10.2017, 11:05

Gürcüstandakı səfirliyimiz azərbaycanlı namizədin güllələnməsinə görə işə qarışdı

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.12%)
“Azərişıq”(27.1%)
“Azərsu”(11.2%)
“Azəristiliktəchizat”(3.07%)
Heç biri(53.3%)