17 oktyabr 2017, Çərşənbə
Ana Səhifə - TƏHSİL - Azərbaycanda qəbul imtahanlarının YENİ MODELİ açıqlandı
Azərbaycanda qəbul imtahanlarının YENİ MODELİ açıqlandı
29.09.2017, 18:04

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının 29 sentyabr 2017-ci il tarixində növbəti iclası keçirilib.

DİM-dən Modern.az-a verilən məlumata görə, iclasda müzakirə olunan məsələlərdən biri də 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli olmuşdur. Müzakirələrin sonunda Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan yeni model qəbul olunmuşdur.

Qəbul olunmuş model aşağıdakı kimidir:

Ümumi (9 illik) orta təhsil bazasında ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının yenə də iki mərhələdə, lakin 3 fənn üzrə keçirilməsi nəzərdə tutulur. Hər iki mərhələdə şagirdlərin bilikləri tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qiymətləndiriləcəkdir. Birinci mərhələdə tədris dili üzrə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli tapşırıqlardan, yazı işlərindən, riyazi bacarıqları yoxlamaq məqsədilə isə açıq tipli tapşırıqlardan, xarici dil üzrə də şagirdlərin oxuyub-anlama, dinləyib-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli tapşırıqlardan, yazı işlərindən istifadə ediləcək. İkinci mərhələdə isə hər bir fənn üzrə qapalı tipli test tapşırıqlarından istifadə olunacaq.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə (buraxılış) imtahanları isə bir mərhələdə – tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcəkdir. Bu mərhələdə şagirdlərin bilikləri yeni təhsil proqramları (kurikulum) əsasında, tələb olunan bacarıq və vərdişlərin yoxlanılması üçün açıq və qapalı tipli tapşırıqlardan istifadə olunmaqla qiymətləndiriləcəkdir.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanı 5 ixtisas qrupu üzrə aparılacaq. Abituriyentlər I, II,III və IV qrupa aid ixtisaslara qəbul olmaq üçün 3 fənn üzrə imtahan verəcəklər.

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. V ixtisas qrupunun ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər əlavə olaraq qabiliyyət imtahanı da verəcəklər.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin I-IV qrup ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər aşağıdakı fənlərdən imtahan verəcəklər: 

 

I qrup

 

 

II qrup

 

III qrup

 

IV qrup

Riyaziyyat

Riyaziyyat

Azərbaycan dili (rus dili)

Kimya

Fizika

Coğrafiya

Tarix

(Azərbaycan və Dünya tarixi)

Biologiya

Kimya

 

Tarix (Azərbaycan və Dünya tarixi)

Ədəbiyyat

Fizika


Bir daha qeyd olunmalıdır ki, yuxarıda göstərilən model 2019-cu ildən etibarən tətbiq olunacaq. 2018-ci ildə ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış imtahanları, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları 2017-ci ildə olduğu kimi keçiriləcək. 2018-ci ilə dair yeganə dəyişiklik ondan ibarətdir ki, ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən rus (gürcü, ingilis)  bölməsinin abituriyentləri Azərbaycan dili fənnindən imtahan verəcəklər. 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sumqayıtda İran vətəndaşını öldürən şəxslər saxlanıldı
17.10.2017, 18:54

Sumqayıtda İran vətəndaşını öldürən şəxslər saxlanıldı

Maştağa-Zabrat yolunda sürüşmə aktivləşib
17.10.2017, 18:41

Maştağa-Zabrat yolunda sürüşmə aktivləşib

Azərbaycanlı "nüfuzlu ailənin" qızı Türkiyədə həbs olundu
17.10.2017, 18:33

Azərbaycanlı "nüfuzlu ailənin" qızı Türkiyədə həbs olundu

Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur
17.10.2017, 18:21

Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur

Diasporamız Saakaşviliyə dəstək üçün mitinqə qatıldı - FOTO
17.10.2017, 18:17

Diasporamız Saakaşviliyə dəstək üçün mitinqə qatıldı - FOTO

Saakaşvilinin tərəfdarları Ukrayna polisi ilə toqquşdu
17.10.2017, 17:51

Saakaşvilinin tərəfdarları Ukrayna polisi ilə toqquşdu

Əli Həsənov Azercell prezidenti ilə bir araya gəldi – yeni sosial layihə olacaq
17.10.2017, 17:50

Əli Həsənov Azercell prezidenti ilə bir araya gəldi – yeni sosial layihə olacaq

Qara Qarayevin 100 illik yubileyi keçiriləcək
17.10.2017, 17:50

Qara Qarayevin 100 illik yubileyi keçiriləcək

İspaniya Konstitusiya Məhkəməsi Kataloniya ilə bağlı qərar verdi
17.10.2017, 17:36

İspaniya Konstitusiya Məhkəməsi Kataloniya ilə bağlı qərar verdi

Azay Quliyev “Azadlıq” qəzetinə cavab verdi
17.10.2017, 17:34

Azay Quliyev “Azadlıq” qəzetinə cavab verdi

Türkiyədə kömür mədənində UÇQUN: 6 ölü
17.10.2017, 17:28

Türkiyədə kömür mədənində UÇQUN: 6 ölü

Dollar cüzi UCUZLAŞDI 
17.10.2017, 17:24

Dollar cüzi UCUZLAŞDI 

Vergi güzəştlərinin tətbiqi labüddür  
17.10.2017, 17:13

Vergi güzəştlərinin tətbiqi labüddür  

Əbülfəs Qarayev Milli Şuranın mitinqinə gedən aktyorlardan DANIŞDI
17.10.2017, 17:05

Əbülfəs Qarayev Milli Şuranın mitinqinə gedən aktyorlardan DANIŞDI

BDU Yaponiyanın Kanazava universiteti ilə əməkdaşlıq edəcək
17.10.2017, 17:00

BDU Yaponiyanın Kanazava universiteti ilə əməkdaşlıq edəcək

Azərbaycanda əlillərlə bağlı ŞOK DƏYİŞİKLİK - Bəzi şəxslərin müavinəti kəsiləcək   
17.10.2017, 16:51

Azərbaycanda əlillərlə bağlı ŞOK DƏYİŞİKLİK - Bəzi şəxslərin müavinəti kəsiləcək  

Raqqa İŞİD-dən tam azad edildi - RƏSMİ
17.10.2017, 16:42

Raqqa İŞİD-dən tam azad edildi - RƏSMİ

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri hərbi bazada - FOTOLAR
17.10.2017, 16:39

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri hərbi bazada - FOTOLAR

“Azərsu”yun elektron xidmətlərinə 28 mindən çox müraciət olub   
17.10.2017, 16:31

“Azərsu”yun elektron xidmətlərinə 28 mindən çox müraciət olub  

Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
17.10.2017, 16:30

Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi

Vaqif Bayatlı gələn həftə Türkiyəyə gedəcək - Əməliyyat oluna bilər
17.10.2017, 16:14

Vaqif Bayatlı gələn həftə Türkiyəyə gedəcək - Əməliyyat oluna bilər

Bəzi avtomobil yollarında sürüşmə təhlükəsi artıb - RƏSMİ   
17.10.2017, 15:53

Bəzi avtomobil yollarında sürüşmə təhlükəsi artıb - RƏSMİ  

AMİP-dən Müsavata sərt SÖZLƏR: “Buna mənəvi haqları YOXDUR”
17.10.2017, 15:50

AMİP-dən Müsavata sərt SÖZLƏR: “Buna mənəvi haqları YOXDUR”

Bakıda mənzildən qadın meyiti tapıldı   
17.10.2017, 15:44

Bakıda mənzildən qadın meyiti tapıldı  

Kamal Abdulla İtaliyanın səfiri ilə görüşüb
17.10.2017, 15:36

Kamal Abdulla İtaliyanın səfiri ilə görüşüb

Jurnalist Fikrət Hüseynliyə 18 sutka həbs verildi   
17.10.2017, 15:29

Jurnalist Fikrət Hüseynliyə 18 sutka həbs verildi  

“Sarkisyan belə bir niyyətə düşsə, onu da ailəsi ilə birlikdə qanına qəltan edərlər”
17.10.2017, 15:17

“Sarkisyan belə bir niyyətə düşsə, onu da ailəsi ilə birlikdə qanına qəltan edərlər”

Çin Trampın xarici siyasətini kəskin tənqid etdi
17.10.2017, 15:14

Çin Trampın xarici siyasətini kəskin tənqid etdi

Sabiq deputatın oğlu DİN-in Baş İdarəsini məhkəməyə verib
17.10.2017, 15:03

Sabiq deputatın oğlu DİN-in Baş İdarəsini məhkəməyə verib

Sabir Rüstəmxanlı: “Həmin gün oturub ağlayırdıq...”   
17.10.2017, 14:47

Sabir Rüstəmxanlı: “Həmin gün oturub ağlayırdıq...”  

Deputat Cinayət Məcəlləsinə DƏYİŞİKLİKLƏRİ şərh etdi
17.10.2017, 14:27

Deputat Cinayət Məcəlləsinə DƏYİŞİKLİKLƏRİ şərh etdi

Saakaşvili tərəfdarlarının qarşısına çıxdı
17.10.2017, 14:15

Saakaşvili tərəfdarlarının qarşısına çıxdı

Kitab sərgisi keçiriləcək – endirimlər olacaq
17.10.2017, 14:08

Kitab sərgisi keçiriləcək – endirimlər olacaq

İraq Kərkükdəki bütün neft yataqlarını azad edib
17.10.2017, 14:07

İraq Kərkükdəki bütün neft yataqlarını azad edib

Ramil Usubov bu jurnalistlərə vəzifə verdi - ADLAR
17.10.2017, 13:58

Ramil Usubov bu jurnalistlərə vəzifə verdi - ADLAR

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.67%)
“Azərişıq”(31.2%)
“Azərsu”(10.6%)
“Azəristiliktəchizat”(2.12%)
Heç biri(50.3%)