Modern.az

"Azərbaycan Avstriya ilə əlaqələrə böyük önəm verir" - Səməd Seyidov

Aktual

4 Oktyabr 2017, 21:27

"Bu il Azərbaycanla Avstriya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. Bu illər ərzində iki ölkə arasında münasibətlər artan dinamika ilə inkişaf edib".

 

Modern.az xəbər verir ki, bunu Avstriyanın milli bayramı - Milli Gün və Avstriya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 25 illiyi ilə əlaqədar təşkil olunan qəbulda  Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex bildirib.

 

Səfir qeyd edib ki, bu il Avstriya ATƏT-ə sədrlik edir:

 

"Belə bir təşkilata sədrlik etmək böyük məsuliyyət tələb edir. Azərbaycana minnətdarlığımızı bildiririk ki, sədrlik dövründə bizə qarşı konstruktiv yanaşma nümayiş etdirib. Növbəti ilin ikinci yarısı Avstiya Avropa İttifaqına sədrlik edəcək. Bu zaman tək Avropa İttifaqı çərçivəsində tərəfdaşlarımızdan deyil, azərbaycanlı dostlardan da etimad gözləyirik".

 

Tədbirdə çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə Azərbaycanın Avstriya ilə əlaqələrə hər zaman böyük önəm verdiyini vurğulayıb:

 

"Ali səviyyədə qarşılıqlı səfərlər Avstriya-Azərbaycan münasibətlərinin inkişafına daha böyük töhfə verir. Münasibətlərimiz beynəlxalq təşkilatlarda  yüksək səviyyədir. Avstriya Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı