Modern.az

Jurnalistlər “Azərişıq”ın gördüyü işlərlə tanış oldu - FOTOLAR

Jurnalistlər “Azərişıq”ın gördüyü işlərlə tanış oldu - FOTOLAR

Aktual

15 Oktyabr 2017, 08:54

"Azərişıq" ASC 20 oktyabr "Energetiklər günü" münasibətilə Şimal-Qərb regionlarına mediatur təşkil edib. 

 

Modern.az xəbər verir ki, təşkil edilən mediaturda 30-a yaxın jurnalist iştirak edib. Media nümayəndələri oktyabr ayının 14-ü “Şimal-Qərb” Rayon Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ)qışa hazırlıq və cəmiyyət tərəfindən görülən işlərlə tanışlıq olub. 

 

Media nümayəndələri ilk olaraq Qobustan rayonunda görülən işlərlə tanış olub. Jurnalistlər daha,sonra Şamaxı rayonu Sabir qəsəbəsinə yollanıblar.

 

Burada media nümayəndələri qəsəbənin 10/04 kilovoltluq hava xətlərinə, 2 qəsəbə və 8 kəndə xidmət edəcək 35/10 kilovoltluq “Yeni Şamaxı” yarımstansiyasına çəkiləcək iki dövrəli 35 kilovoltluq hava xəttinə və 35/10 kilovoltluq “Meysəri” yarımstansiyasından çıxan iki dövrəli 10 kilovoltluq “Şirvan şərabları” hava xəttinə baxış keçiriblər.

 

Media nümayəndələrinə baxış keçirilən sahələr barədə, eləcə də rayonda qışa hazırlıqla bağlı görülən işlər haqında məlumat verilib.

 

 

Şimal-Qərb regional enerji təchizatı və satışı üzrə şöbənin rəisinin istismar üzrə müavini Nüsrət Həmkişiyev bildirib ki, yeni tikilən yarımstansiyadan Qobustan rayonunun enerji təchizatı da təmin edilməlidir:

 

“Bu xəttin yarımstansiyaya 110/35/10 kv-luq Şamaxı yarımstansiyasından ikidövrəli 35kv-luq yeni xətt çəkilib. Yarımstansiyanın tikilişi Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə aparılır. İndiyə qədər bütün bu yarımstansiyadan qidalandırılan yaşayış məntəqələrinin 10 kv-luq və 0,4 kv-luq şəbəkəsi yenidən qurulub. Həmin kəndlərə 10 kv-luq yeni xətlər çəkilib. Şamaxı elektrik şəbəkəsində mərhələli olaraq yenidənqurma işləri aparılır. 10/0,4 kilovoltluq 392 ədəd transformator cari, 34-ü isə əsaslı təmir edilib. 110/35/10 kilovoltluq Şamaxı, habelə Pirqulu, Çarhan, Çuxuryurd, Meysəri yarımstansiyalarından çıxan hava xətlərində 252 ədəd yeni beton və dəmir-beton dayaqlar basdırılmaqla, 12,6 kilometrdə təmir və yenidənqurma işləri aparılıb. 16 qəsəbə və kənddə 12 min 744 kilometr məsafədə ötürməyə davamlı izolyasiyalı naqillər çəkilib".

 

"Bu işlər dövlət başçısı İlham Əliyev cənablarının Azərbaycan Respubliksının bütün yaşayış məntəqələrinin enerji təchizatının yaxşılaşdırılması üçün şəbəkənin müasir üslubda qurulması istiqamətində verdiyi tapşırıq əsasında görülür. “Azərişıq” rəhbərliyi ilə tutulmuş proqram əsasında bütün yaşayış məntəqələrinin yenidənqurulması işləri aparılır. Tikinti açıq tender üzərində keçirilir və tenderin qalibi tikintini aparır”,- deyə o, bildirib.

 

Daha sonra jurnalistlər İsmayıllı rayonuna səfər ediblər. Burada 35/10 kilovoltluq Yeni Basqal yarımstansiyasına, bu xətdən çıxan 2 dövrəli 10 kilovoltluq yeni Basqal xəttinə baxıblar. Burada media nümayəndələrinə yenidənqurma işləri barədə ətraflı məlumat verilib. Eyni zamanda İsmayıllı elektrik şəbəkəsi üçün tikilən yeni bina ilə də tanışlıq olub.

 

 

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev jurnalistlərə açıqlamasında bildirib ki, bu, "Azərışıq" ASC-nin regiolar təşkil etdiyi ilk mediaturdur:

 

“Belə infoturları hər ay  təşkil etməyi düşünürük. Məqsədimiz "Azərişıq" ASC-nin yarandığı gündən gördüyü işləri ictimaiyyətə çatdırmaqdır. Bununla yanaşı qarşıdan qış fəsli gəlir və bu fəsilə hazırlığın hansı səviyyədə aparıldığını da media nümayəndələrinə əyani şəkildə göstəririk. Bu, bizim üçün xoşdur. Turun ikinci günü Qəbələ, Oğuz, Şəki, Qaz, Zaqatala, Balakən rayonlarınmda görülən işlərlə tanışlıq nəzərdə tutulub. Şamaxı və İsmayıllı rayonlarında görülən işlər nəticəsində 30 minə yaxın istehlakçını tam fasiləsiz enerji təchizatı ilə təmin edir”.

 

Jurnalistlər İsmayıllı rayonu, Lahıc qəsəbəsində də sayğaclaşma, naqillərin yenilənməsi işləri ilə tanış olublar. 

 

Şamaxı rayon Sabir qəsəbəsinin sakini Kərimov Ağarıza deyib, əvvəllər ən böyük problemlərdən biri olub.

"Əvvəllər qəsəbədə işıq olmadığı üçün əziyyət çəkirdik. Hazırda çox gözəl şərait yaradılıb, bütün kəndlər elektrik enerjisi ilə təmin olunub. Təbii fəlakətlər elektrik enerjisinə hansısa zərər verdikdə "Azərişıq" ASC-nin əməkdaşları problemi operativ həll edir. 

 

Görülən işlər eyni zamanda kənd təsərrüfatı sahəsinə də müsbət təsir edəcək. Belə ki, Şamaxı rayonu ərazisində yeni salınmış üzüm bağlarının ətrafında da xüsusi elektrik naqilləri çəkilib. 

 

Hazırda mediatur davam edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı