Modern.az

“Saakaşvili hakimiyyəti zorla ələ keçirmək istəyir”

“Saakaşvili hakimiyyəti zorla ələ keçirmək istəyir”

Dünya

18 Oktyabr 2017, 14:57

“Saakaşvilinin yaratdığı “Yeni Qüvvələr Hərəkatı”nın üzvləri Ukraynada hakimiyyəti nəyin bahasına olursa-olsun ələ keçirməyə çalışırlar” – deyə “Pyotr Poroşenko Bloku”nun fraksiya rəhbəri Artur Gerasimov deyib.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, deputat Ali Rada önündə Saakaşvili tərəfdarlarının çadır qurmasını da pisləyib.

 

“Mən Saakaşvilinin və onun tərəfdarlarının irəli sürdükləri tələblərin yetirən yetirilməsinə maraq göstərmədiklərini görürəm. Onların əsl məqsədi Ukraynada hakimiyyəti zorla ələ keçirməkdir”-deyə depuat bildirib.

 

Baş nazir Boris Qroysman da mitinq iştirakçılarına Ali Radanın işinə mane olmamağa çağırış edib.

 

  

 

  

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı