Modern.az

Yoxlamalar 2021-ci ilə qədər dondurulacaq

Yoxlamalar 2021-ci ilə qədər dondurulacaq

Parlament

19 Oktyabr 2017, 11:30

“Bu gün Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik təklif edilib.

 

Modern.az xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə bildirib ki, iclasda 13 qanuna dəyişiklik layihəsi müzakirə edilir.

 

Deputat deyib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik təklif edilir.

 

Onun sözlərinə görə, dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur. 

 

Deputat əlavə edib ki, qanuna yeni maddə də əlavə edilib: “Elə sahələr var ki, bu sahələr iqtisadi , dövlət, qida təhlükəsizliyi ilə bağlıdır.

 

Ona görə də qanunun tətbiq dairəsi adlanan ikinci maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarına təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar ayrıca maddə kimi əlavə olunub. Bu, çox vacib məsələdir”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü