Modern.az

İlin rekordu və ilin ixtisası

İlin rekordu və ilin ixtisası

Aktual

23 Oktyabr 2017, 10:15

Bakı Ali Neft Məktəbində (BANM) indiki və gələcək dövrün ən tələbatlı ixtisası – Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi tədris edilir. Məhz bu ixtisas orada təhsil alan tələbələrin bilik və intellektual səviyyəsinə görə ölkədə bütün rekordları qırıb. Belə ki, bu il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanlarından respublika üzrə 700 bal toplamış 15 tələbənin 7-si BANM-i, onların da 5 nəfəri ixtisas olaraq  məhz Proseslərin Avtomatlaşdırılması Mühəndisliyini seçib.

 

Modern.az xəbər verir ki, prezident təqaüdçülərinin sayına görə respublikada II yeri tutan BANM-də 24 nəfər Prezident Təqaüdçüsü təhsil alır ki, onlardan 21-i məhz Proseslərin Avtomatlaşdırılması Mühəndisliyinin tələbələridir.

Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasına bu il 12-si qız, 28-i oğlan olmaqla 40 nəfər tələbə qəbul edilib. İxtisas üzrə minimal keçid balı 685 , maksimal bal 700, orta bal isə 691 bal olub.

 

Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələri üzərindən keçirdiyi nəzarət tədbirlərinə görə Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisası ilin ən nüfuzlu ixtisası kimi qiymətləndirilib.

 

İlin ixtisası olan Proseslərin Avtomatlaşdırılması Mühəndisliyinin 2013-2017-ci illər üzrə orta bal dinamikasını təqdim edirik.

                                    İllər                              orta bal

                                   2013                               669

                                   2014                               684   

                                   2015                               685

                                   2016                               681

                                   2017                               691

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı