Modern.az

İraq kürdləri Bağdaddan sülh istədi

İraq kürdləri Bağdaddan sülh istədi

23 Oktyabr 2017, 17:20

İraq Kürdüstanın Təhlükəsizlik Şurası referendumdan sonra yaranmış situasiyanı müzakirə edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, kürd rəhbərliyi İraq ordusundan nəzarətə götürdükləri əraziləri, xüsusən kürd muxtariyyətinə aid ərazilərdən çəkilməsini tələb edib.

Şurada son 2 gün ərzində İraq ordusunun təmas xəttinə çoxsaylı artilleriya və zirehli texnika yerləşdirdiyi də qeyd olunub.

 

İraq kürdləri siyasi danışıqlara başlamaq çağırışı ilə çıxış edib.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir