Modern.az

Bərdənin su təchizatında problem yarandı

Bərdənin su təchizatında problem yarandı

Aktual

24 Oktyabr 2017, 00:43

Bərdə şəhərinin su təchizatında problem yaranıb. Modern.az "Report"a istinadən xəbər verir ki, rayonun Bakı küçəsində diametri 250 mm olan su borusunun partlaması nəticəsində Bərdə şəhərinin böyük hissəsi susuz qalıb.

"Azərsu" ASC-nin Bərdə Rayon Su Kanalı İdarəsindən qəzanın aradan qaldırılması üçün zəruri tədbirlərin görüldüyü bildirilib:

"Su təchizatı, ən yaxşı halda sabah bərpa ediləcək".

Qəzaya səbəb kimi, su borularının istismar müddətinin başa çatması göstərilir.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü