Modern.az

İraq kürdlərinin rəhbərliyi istefaya göndərilir

İraq kürdlərinin rəhbərliyi istefaya göndərilir

Dünya

25 Oktyabr 2017, 22:36

İraq Kürdüstanı cümə axşamı xüsusi iclas keçirəcək.  Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iclasda regionun rəhbəri Məsud Bərzaninin və müavinlərinin istefaya göndərilməsi məsələsi ələ alınacaq.

 

“Məsud Bərzaninin səlahiyyət müddəti noybarın 1-də başa çatır. Siyasi vaakumun yaranmaması üçün parlament sabah saat 12:00-da toplaşacaq və hakimiyyəti hökumətlə parlament arasında bölüşdürəcək” –deyə İraq Kürdüstanının parlament komissiyasına rəhbərlik edən İzzət Sabir məlumat verib.

 

O, prezident Məsud Bərzani və vitse-prezident Kosrat Rəsulun səlahiyyətlərinin dondurulacağını deyib.

 

Məsud Bərzani 2005-ci ildən İraq Kürdüstanına rəhbərlik edir. Onun səlahiyyət müddəti parlament və məhkəmə tərəfindən 2 dəfə uzadılmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı