23 noyabr 2017, Cümə axşamı
Ana Səhifə - GÜNDƏM - Radikal dindarlar Azərbaycan üçün təhlükədir - PARTİYA SƏDRLƏRİNDƏN ÇAĞIRIŞ
Radikal dindarlar Azərbaycan üçün təhlükədir - PARTİYA SƏDRLƏRİNDƏN ÇAĞIRIŞ
15.11.2017, 09:12

Hər il minlərlə günahsız insan amansız terrorun qurbanı olur. Bu aktları həyata keçirənlərin böyük əksəriyyəti radikal dini cərəyanların nümayəndələridir. Son zamanlar tez-tez İŞİD terror şəbəkəsinə qoşulanlar arasında azərbaycanlıların, eləcə də qadınların olduğunu eşidirik. Onlar bilərəkdən və ya məcbur terror təşkilatlarının köləsinə çevrilirlər. Bu da dini radikalizmin ciddi təhlükəyə çevrildiyini deməyə əsas verir.

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa Modern.az-a açıqlamasında bildirib ki,siyasi müxalifətin meydanının daralması  dini radikal təmayüllərə meyli daha çox artırır:

“Dini radikalizmə qarşı mübarizədə daha səlis yol tutmaq lazımdır. Əks halda bunun təhlükəsi duyulacaq.  Bu, əslində müxalifətin özünü sistemləşdirə bilməməsindən doğan bir istiqamətdir. Çünki siyasi müxalifətin meydanının daralması  dini radikal təmayüllərə meyli daha çox artırır. Bu baxımdan bütün siyasətin yolunu açmaq lazımdır ki, insanlar fikirlərini normal, səviyyəli, təndiqi üslubda dilə gətirə bilsinlər. Yalnız bu zaman onların başqa istiqamətə meyllənməsinin qarşısını almaq olar”.

Deputatın sözlərinə görə, dini radikalizmə qarşı mübarizədə  yalnız maarifləndirci tədbirlərlə kifayətlənmək olmaz:

“Azərbaycanda bu istiqamətdə atılan addımlar kifayət qədər çoxdur və dövlət tərəfindən də müəyyən işlər görülür. Həmçinin Dini Komitə maarifləndirici işləri gücləndirib. Bu tendensiyanı müsbət hesab edirəm. Düşünürəm ki, bu sahədə yaxşı mənada inkişaf var.

Amma bu, yalnız bizdən asılı məsələ deyil.  Həm qonşu ölkələrdən, həm də digər yerlərdən  qurumlar vasitəsilə müəyyən vəsaitlər ötürülür.  Hər halda biz bunu nəzərə almalıyıq.  Məsələ təkcə daxili maarifçiliklə yekunlaşmır. Ölkədə  müəyyən dərəcədə özünüifadənin daha təkmilləşmiş forması tapılmalıdır ki, dini özünüifadə siyasətin yerinə keçməsin”.

 

Azərbaycan Demokrat Partiyasının sədri  Sərdar Cəlaloğlu düşünür ki, azsaylı  radikal qruplar çoxsaylı demokratik qruplardan qat-qat təhlükəlidir:

“Müxalifət siyasi sistemin zəruri elementidir. Həmçinin Azərbaycanda da müxalifətin olması qaçılmazdır.  Demokratik müxalifətin yolunu bağlayan zaman xalq radikal müxalifətçiliyə doğru meyl edir. Təcrübə də göstərir ki, ölkə daxilində hansısa radikal dini addımların meydana çıxması qaçılmazdır. 2000-ci ildən sonra Azərbaycanda demokratik müxalifət tam susdurulub, dövlətin ərazisindən uzaqlaşdırılıb və xalqla demokratik müxalifət arasında sədd yaranıb. Xalq onsuzda kiminsə  ardınca getməli, hansısa vasitə ilə öz etirazlarını hakimiyyətə bildirməlidirlər. Demokratik yollara imkan verməyəndə insanlar  qeyri-demokratik, radikal  yollar seçirlər. Bu, məsələnin birinci tərəfidir”.

S.Cəlaloğlu bildirib ki, radikal qüvvələrlə bacarmaq  mümkün deyil:

“Digər tərəfdən demokratik mübarizənin fəaliyyəti  şəffafdır, zorakılığı rədd edir və qanun çərçivəsində aparılır. Amma radikal  mübarizə əksinə, zorakılığı təbliğ edir, heç bir qayda-qanun tanımır və şəffaf fəaliyyət göstərmir. Bu üç əlamət azsaylı  radikal qrupları çoxsaylı demokratik qruplardan qat-qat təhlükəli edir. Məsələn, terroristlər hüquqa zidd hərəkət etməklə, zorakılığın tətbiqi ilə meydana çıxır. Radikal qüvvələrin hamısının fəaliyyəti demokratik mübarizənin tam əks prinsipləri ilə həyata keçirilir.

Bu baxımdan gizli qüvvə az sayda olsa da, onu aşkarlamaq və neytrallaşdırmaq çox çətindir. Hökumət üçün azsaylı radikal qüvvə, çoxsaylı demokratik mübarizə aparan qüvvədən təhlükəlidir və belə qüvvələrlə bacarmaq da mümkün deyil. Amerika kimi inkişaf etmiş ölkədə hər gün terror baş verir.  Eynilə Avropa ölkələrində də bu cür hallar müşahidə edilir və hökumət qarşısını ala bilmir. Niyə Azərbaycanda radikal qüvvələr aktivləşməyib? Onların xarici mərkəzləri var və hələlik  əsas hədəfləri Yaxın Şərqdir.  Azərbaycanda da minlərlə insan İŞİD-a qoşulub mübarizə aparır”.

Müsahibimizin sözlərinə görə, xalqı demokratik mübarizə aparanların ətrafından qoparmaq onları radikal qrupların qucağına atmaq deməkdir.

 

 

 


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Yaponiyada qrip əleyhinə dərmanlar qadağan edilə bilər - ilginc SƏBƏB
23.11.2017, 09:25

Yaponiyada qrip əleyhinə dərmanlar qadağan edilə bilər - ilginc SƏBƏB

İlham Əliyev bu gün Brüsselə gedir
23.11.2017, 09:19

İlham Əliyev bu gün Brüsselə gedir

Bu gün AvroLiqada 5-ci tur keçiriləcək - TƏQVİM   
23.11.2017, 09:09

Bu gün AvroLiqada 5-ci tur keçiriləcək - TƏQVİM  

Milli Məclis büdcə müzakirələrini bu gün yekunlaşdıracaq
23.11.2017, 09:07

Milli Məclis büdcə müzakirələrini bu gün yekunlaşdıracaq

Çempionlar Liqasında 5-ci tur yekunlaşdı - NƏTİCƏLƏR
23.11.2017, 09:03

Çempionlar Liqasında 5-ci tur yekunlaşdı - NƏTİCƏLƏR

Şamaxı Astrofizika Rəsədxanasının direktoru: “Asrtoloqların hamısı cəfəngiyyat danışır”
23.11.2017, 08:54

Şamaxı Astrofizika Rəsədxanasının direktoru: “Asrtoloqların hamısı cəfəngiyyat danışır”

Onun özü yox, əməlləri danışır...   
23.11.2017, 08:38

Onun özü yox, əməlləri danışır...  

Yol polisinin “pərdə-plyonka tələbi”nə məhəl qoymayan 796 sürücüyə cərimə kəsildi   
23.11.2017, 08:30

Yol polisinin “pərdə-plyonka tələbi”nə məhəl qoymayan 796 sürücüyə cərimə kəsildi  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ   
23.11.2017, 08:28

Manat və dolların bugünkü MƏZƏNNƏSİ  

Türkiyədə güclü zəlzələ oldu
23.11.2017, 01:22

Türkiyədə güclü zəlzələ oldu

Terrorçulara aid silah laboratoriyası məhv edilib
23.11.2017, 00:56

Terrorçulara aid silah laboratoriyası məhv edilib

Kapitanın hakimdən penalti xahişi
23.11.2017, 00:36

Kapitanın hakimdən penalti xahişi

Jurnalist Natiq Qədimov dünyasını dəyişib
23.11.2017, 00:21

Jurnalist Natiq Qədimov dünyasını dəyişib

"Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq" - Qurban Qurbanov
23.11.2017, 00:12

"Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq" - Qurban Qurbanov

Ukraynada otelə silahlı hücumda azərbaycanlılar döyüldü
22.11.2017, 23:56

Ukraynada otelə silahlı hücumda azərbaycanlılar döyüldü

Baş məşqçi penalti ilə bağlı sualdan yayındı
22.11.2017, 23:41

Baş məşqçi penalti ilə bağlı sualdan yayındı

Mühafizə polisinin avtomobili qəzaya düşdü
22.11.2017, 23:22

Mühafizə polisinin avtomobili qəzaya düşdü

Qapısı açıq vəziyyətdə sərnişin daşıyan avtobuslar - Video
22.11.2017, 23:07

Qapısı açıq vəziyyətdə sərnişin daşıyan avtobuslar - Video

"Qarabağ" "Çelsi"yə məğlub oldu: 0:4,  Yenilənib
22.11.2017, 22:49

"Qarabağ" "Çelsi"yə məğlub oldu: 0:4,  Yenilənib

Azərbaycanda “premium klass” mühərrik yağı istehsal ediləcək
22.11.2017, 22:21

Azərbaycanda “premium klass” mühərrik yağı istehsal ediləcək

Azərbaycanda bu canlı balıqlar gömrük idxal rüsumundan azad edilir
22.11.2017, 22:10

Azərbaycanda bu canlı balıqlar gömrük idxal rüsumundan azad edilir

Yuxunuz ərşə çəkilibsə, SƏBƏBİNİ MƏTBƏXDƏ AXTARIN
22.11.2017, 21:53

Yuxunuz ərşə çəkilibsə, SƏBƏBİNİ MƏTBƏXDƏ AXTARIN

Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralanıb
22.11.2017, 21:45

Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralanıb

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü yekunlaşdı
22.11.2017, 21:14

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü yekunlaşdı

Uzunömürlü olmağın yeni sirri – Həm asan, həm də sərfəli...   
22.11.2017, 20:54

Uzunömürlü olmağın yeni sirri – Həm asan, həm də sərfəli...  

Tərtərdə zəlzələ məktəb və uşaq bağçasını qəzalı vəziyyətə salıb
22.11.2017, 20:43

Tərtərdə zəlzələ məktəb və uşaq bağçasını qəzalı vəziyyətə salıb

Sürücülərə şad xəbər: Hərəkət bərpa olunur
22.11.2017, 20:26

Sürücülərə şad xəbər: Hərəkət bərpa olunur

Bu rayonlara qar yağdı
22.11.2017, 20:16

Bu rayonlara qar yağdı

"Qarabağ"la "Çelsi"nin start heyəti açıqlandı
22.11.2017, 20:02

"Qarabağ"la "Çelsi"nin start heyəti açıqlandı

Tbilisidə antiterror əməliyyatı
22.11.2017, 19:51

Tbilisidə antiterror əməliyyatı

Qızılgül və qərənfilin kiloqramı üçün 1 dollar idxal rüsumu alınacaq
22.11.2017, 18:59

Qızılgül və qərənfilin kiloqramı üçün 1 dollar idxal rüsumu alınacaq

Nazir: Bakı-Astara dəmir yolu köçürüləcək
22.11.2017, 18:43

Nazir: Bakı-Astara dəmir yolu köçürüləcək

Ramiz Mehdiyev MDB təhlükəsizlik şuraları katiblərinin görüşündə çıxış edib
22.11.2017, 18:31

Ramiz Mehdiyev MDB təhlükəsizlik şuraları katiblərinin görüşündə çıxış edib

Baş bankir: “Manatın məzənnəsi və onun taleyi ...”
22.11.2017, 18:21

Baş bankir: “Manatın məzənnəsi və onun taleyi ...”

Nazir ev təminatı HAQDA: “5 il ərzində problem həllini tapacaq”
22.11.2017, 18:17

Nazir ev təminatı HAQDA: “5 il ərzində problem həllini tapacaq”

ARXİV