Modern.az

Qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

Qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

18 Noyabr 2017, 13:16

DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan Modern.az-a verilən məlumata görə, Lerik rayonundakı evlərdən birindən oğurluq edilməsi barədə Polis Şöbəsinə müraciət daxil olub.

Araşdırmalarla noyabrın 15-də həmin evdən 3400 manat dəyərində qızıl-zinət əşyalarının, 250 manat pulun və 2 ədəd maaş kartının oğurlandığı müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun zərərçəkmişin qohumu Səbuhi Məmmədzadə tərəfindən törədilməsində şübhələr yarandığından həmin şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilib. O, törətdiyi əməli etiraf edərək oğurladığı qızılı və pulu könüllü olaraq istintaqa təhvil verib.

Ətrafında aparılan tədbirlərlə onun digər cinayətinin də üstü açılıb.

S.Məmmədzadənin cari ilin sentyabrın 6-da rayon ərazisindəki daha bir evdən 1040 manat dəyərində qızıl, 596 manat pul və bəzək əşyaları oğurlaması, həmin zinət əşyalarını Bakıdakı qızıl mağazalarından birinə 520 manata satdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır