22 iyul 2018, Bazar
Ana Səhifə - GÜNDƏM - Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın...”  
Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın...”  
19.11.2017, 15:37

Ötən həftənin cümə axşamı Praqada ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına dair Rusiya-Gürcüstan danışıqlarının növbəti raundu keçirilib.

 

Modern.az Virtualaz.org-a istinadən bildirir ki, danışıqlarda Rusiya tərəfini xarici işlər nazirinin müavini Qriqori Karasin, gürcü tərəfini baş nazirin xüsusi nümayəndəsi Zurab Abaşidze təmsil edib. Danışıqlarda İsveçrənin SGS şirkətinin Rusiya, Gürcüstan və qondarma Cənubi Osetiya ilə Abxaziya “respublikaları” arasında gömrük nizamlanmasında iştirakı əsas müzakirə mövzusu  olub.

 

Həmin danışıqlar ərəfəsində qondarma Cənubi Osetiya “respublikasının” rəbəri Anatoli Bibilov Moskvaya səfər edib, Putin ona “müstəqilliyin möhkəmləndirilməsi üçün” bütün lazım dəstəyi verəcəyini bildirib. Bu da rəsmi Tiflisin etirazına səbəb olub. Abaşidze Praqaya uçarkən deyib ki, Bibilovun səfərinə görə Karasinə etiraz bildirəcək.

 

Neytral ölkə kimi İsveçrənin SGS şirkətinin qondarma respublikalardan keçməklə Rusiya ilə Gürcüstan arasında nəqliyyat əlaqələrinin nizamlanmasında iştirakı isə hələ 2011-ci ildə Dünya Ticarət Təşkilatının tövsiyəsi ilə əldə edilmiş razılaşmaya əsaslanırdı. Lakin həmin vaxtdan bəri tərəflər razılaşmanın detalları üzərində razılıq əldə edə bilməyiblər. SGS şirkətinin nümayəndələri gömrük monitorinqi üçün regionda dörd post yaratmalıdır: Rusiya-Abxaziya və Rusiya-Cənubi Osetiya sərhədlərində, habelə Gürüstan-Abxaziya və Gürcüstan-Cənubi Osetiya inzibati sərhədlərində. 

 

 

İqtisadi məsələlər üzrə ekspert Giya Xuxaşvili deyir ki, SGS şirkəti indiyə qədər regionda siyasi anlaşılmazlıqlara görə işə başlamayıblar. Çünki bu şirkətin işə başlaması Abxaziya və Cənubi Osetiyadan yükdaşımaların bərpası deməkdir. Tiflis isə ictimai reaksiyadan ehtiyat edir.

Məsələ burasındadır ki, Abxaziya və Cənubi Osetiyadan keçən kommunikasiyaların açılmasında ən çox maraqlı olan tərəf Ermənistandır. Çünki Gürcüstanın özünün bütün istiqamətlərdə həm dəmir, həm quru yolları ilə çıxışı var. Ermənistanın isə dünyaya çıxışı az əhəmiyyət kəsb edən İran marşrutunu saymasaq ancaq Gürcüstan üzərindəndir. Bu, Ermənistan üçün “həyat yoludur”.

 

“Gürcüstan Ermənistan qarşısında tranzit öhdəliklərini dəqiq yerinə yetirir, heç bir problem yaratmır. Lakin yüklərin dəniz yolu ilə daşınması baha başa gəlir. Ermənistan istəyir ki, Abxaziyadan keçən dəmir yolu açılsın. Gürcüstanın isə Azərbaycan qarşısında öz öhdəlikləri var. Ona görə də əgər Abxaziyadan keçən dəmir yolu açılarsa müəyyən etmək lazımdır ki, bu yolla hərbi yüklər daşınacaqmı? Gürcüstan birmənalı şəkildə qeyd etməlidir ki, bu dəhlizlə hərbi təyinatlı yüklər daşınmayacaq”-Xuxaşvili deyib.

Qeyd edək ki, Abxaziya dəmir yolunun açılması üçün Rusiya vaxtaşırı olaraq Gürcüstana təzyiqlər edir. Azərbaycan üçün isə bu dəhlizin açılması qəbuledilməzdir, Bakının siyasəti Ermənistanı nəqliyyat blokadası vəziyyətində saxlamaqdır. Bu məsələdə Gürcüstanın “Gürcü arzusu” koalisiyası Azərbaycanın maraqlarını nəzərə almaya bilməz.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Neftçalada  "KAMAZ" yandı
22.07.2018, 20:15

Neftçalada  "KAMAZ" yandı

İranda zəlzələdən xəsarət alanların sayı 128 nəfərə çatdı
22.07.2018, 20:02

İranda zəlzələdən xəsarət alanların sayı 128 nəfərə çatdı

Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi - FOTO
22.07.2018, 17:55

Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi - FOTO

Dünyanın ən intizamlı əsgəri 27 il komandirinin əmrini gözləyib
22.07.2018, 17:50

Dünyanın ən intizamlı əsgəri 27 il komandirinin əmrini gözləyib

Fədayə Laçının işi Ağır Cinayətlər Məhkəməsinə GÖNDƏRİLDİ   
22.07.2018, 17:47

Fədayə Laçının işi Ağır Cinayətlər Məhkəməsinə GÖNDƏRİLDİ  

İranda gün ərzində üçüncü dəfə zəlzələ olub, 20 nəfər xəsarət alıb
22.07.2018, 17:37

İranda gün ərzində üçüncü dəfə zəlzələ olub, 20 nəfər xəsarət alıb

Paytaxt bazarlarında xiyar bahalaşdı   
22.07.2018, 17:19

Paytaxt bazarlarında xiyar bahalaşdı  

Salyanda təcili yardım maşını qəzaya düşdü - Xəsarət alan var
22.07.2018, 17:08

Salyanda təcili yardım maşını qəzaya düşdü - Xəsarət alan var

Bakıda mənzildə meyit tapıldı
22.07.2018, 16:57

Bakıda mənzildə meyit tapıldı

“Peşəkar jurnalistlərimiz yetərincədir” - Əflatun Amaşov
22.07.2018, 16:40

“Peşəkar jurnalistlərimiz yetərincədir” - Əflatun Amaşov

Dövlətimiz mətbuatın inkişafına hərtərəfli şərait yaradıb - NAZİR
22.07.2018, 16:10

Dövlətimiz mətbuatın inkişafına hərtərəfli şərait yaradıb - NAZİR

   AzEdu.az-ın ucqar kənd şagirdlərinə paylayacağı kitabların qəbulu davam edir - Son bir neçə gün
22.07.2018, 15:49

  AzEdu.az-ın ucqar kənd şagirdlərinə paylayacağı kitabların qəbulu davam edir - Son bir neçə gün

Azərbaycanda 5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürüldü
22.07.2018, 15:26

Azərbaycanda 5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürüldü

“Bəkirin də bir arzusu vardı…” - Vəfat edən qazinin vəzifəli qardaşı
22.07.2018, 14:50

“Bəkirin də bir arzusu vardı…” - Vəfat edən qazinin vəzifəli qardaşı

Millət vəkili mətbuat işçilərini və jurnalistləri təbrik etdi   
22.07.2018, 14:26

Millət vəkili mətbuat işçilərini və jurnalistləri təbrik etdi  

Azərbaycanda toyda kütləvi zəhərlənmə - 5-i UŞAQDIR
22.07.2018, 14:10

Azərbaycanda toyda kütləvi zəhərlənmə - 5-i UŞAQDIR

"Jurnalistlər təkziblə bağlı materiallardan yayınırlar"  - Hadi Rəcəbli
22.07.2018, 14:00

"Jurnalistlər təkziblə bağlı materiallardan yayınırlar"  - Hadi Rəcəbli

Sabahın HAVASI küləkli və yağışlı olacaq
22.07.2018, 13:51

Sabahın HAVASI küləkli və yağışlı olacaq

Gürcüstan patriarxının halı pisləşib
22.07.2018, 13:43

Gürcüstan patriarxının halı pisləşib

Şamaxıda kütləvi dava - ağır yaralılar var
22.07.2018, 13:31

Şamaxıda kütləvi dava - ağır yaralılar var

Metrodan istifadə edənlərin sayı artıb
22.07.2018, 13:20

Metrodan istifadə edənlərin sayı artıb

İranda güclü ZƏLZƏLƏ
22.07.2018, 13:14

İranda güclü ZƏLZƏLƏ

Azərbaycanlı hakim-inspektor Ermənistan komandasının oyununda
22.07.2018, 13:06

Azərbaycanlı hakim-inspektor Ermənistan komandasının oyununda

Qarabağ qazisi vəfat etdi – VƏZİFƏLİ ŞƏXSİN QARDAŞIDIR
22.07.2018, 13:03

Qarabağ qazisi vəfat etdi – VƏZİFƏLİ ŞƏXSİN QARDAŞIDIR

Avropa Liqasının oyunu Əliyar Ağayevə tapşırıldı
22.07.2018, 12:45

Avropa Liqasının oyunu Əliyar Ağayevə tapşırıldı

Cəlilabadda dəhşət: 2 qardaş öldü
22.07.2018, 12:36

Cəlilabadda dəhşət: 2 qardaş öldü

Mətbuatın işıqlı başlanğıcı
22.07.2018, 12:15

Mətbuatın işıqlı başlanğıcı

ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbi davam edir - FOTOLAR  
22.07.2018, 11:50

ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbi davam edir - FOTOLAR  

Ölkə üzrə istixanaların sayı AÇIQLANDI
22.07.2018, 11:34

Ölkə üzrə istixanaların sayı AÇIQLANDI

38 yaşlı kişi özünü asdı - SALYANDA
22.07.2018, 11:20

38 yaşlı kişi özünü asdı - SALYANDA

Cibində 1 manatı olmayan “bomj” 200 min manatlıq heroinlə tutuldu... - AZƏRBAYCANDA
22.07.2018, 11:09

Cibində 1 manatı olmayan “bomj” 200 min manatlıq heroinlə tutuldu... - AZƏRBAYCANDA

Prezident İlham Əliyev - jurnalistlərin yaxın dostu, mətbuatın böyük hamisi
22.07.2018, 10:58

Prezident İlham Əliyev - jurnalistlərin yaxın dostu, mətbuatın böyük hamisi

Hansı ölkə vətəndaşlığı neçəyə satır? - SİYAHI
22.07.2018, 10:42

Hansı ölkə vətəndaşlığı neçəyə satır? - SİYAHI

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
22.07.2018, 10:29

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi

Dənizdə batan 4 nəfər xilas edilib
22.07.2018, 10:21

Dənizdə batan 4 nəfər xilas edilib

ARXİV