Modern.az

Cocuq Mərcanlı növbəti sakinlərini gözləyir - Daha 100 ev hazırdı

Cocuq Mərcanlı növbəti sakinlərini gözləyir - Daha 100 ev hazırdı

20 Noyabr 2017, 13:20

Cəbrayılın Cocuq Mərcanlı kəndində daha 100 ailənin köçürülməsi üçün işlər tam yekunlaşıb. Bu barədə Modern.az-a  Cəbrayılın Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov məlumat verib.

X.Zeynalov kəndin öz sakinlərini gözlədiyini açıqlayıb:

“Hər şey tam hazırdır, Cocuq Mərcanlı növbəti sakinlərini gözləyir. Dünən su xətlərini də yoxladılar”.

İcra nümayəndəsi deyib ki, asfalt örtükləri də vurulub:

“Bu gün yaşıllıq salınır, ağaclar əkilir. Artıq kənd növbəti sakinlərini qəbul etməyə hazırdır”.

 

Qeyd edək ki, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsində 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılıb. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb.

 

Xatırladaq ki, birinci mərhələdə kənddə 10 hektarərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülüb. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlərdə 50 ailə yaşayır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü