Modern.az

Gənclər təşkilatı “Qarabağ Regional Uşaq Forumu” keçirdi

Gənclər təşkilatı “Qarabağ Regional Uşaq Forumu” keçirdi

Aktual

20 Noyabr 2017, 14:20

Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə  baş tutan forumda Ağcabədi rayonunun təhsil işçiləri, məktəblilər, xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş, habelə qaçqın və məcburi köçkün uşaqlar iştirak edib.

Mərkəzin Qarabağ regional ofisinin rəhbəri  Radə Telmanqızı forumun əhəmiyyətini vurğulayaraq, Azərbaycanda uşaqlarla bağlı həyata keçirilən uğurlu dövlət siyasətindən danışıb. O, uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda qəbul olunan qanunvericilik aktları barədə məlumat verərək, təhsil müəssisələrində uşaqların öz hüquqlarını dərindən mənimsəmələri sahəsində mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edib. Forumun Qarabağ regionunda keçirilməsinin önəmini vurğulayan T.Radə bildirib ki, müasir tarixdə ən çox hüquqları pozulan uşaqlar Qarabağ bölgəsinin uşaqlarıdır. Əzəli Azərbaycan torpaqlarının işğalı 12 000-dən çox uşağı öz yurdundan didərgin salıb, emənilərin təcavüzü nəticəsində 169 nəfər uşaq əsir, 53 nəfər uşaq isə itkin düşüb.

Daha sonra rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının nümayəndələri, DİN-nin uşaq inspektoru Taleh Abbasov və Ombudsman Aparatının  regional ofisinin rəhbəri Pərviz Məmmədov  çıxış edərək, uşaq hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Tədbirin rəsmi açılışından sonra Mərkəzin nəzdində fəaliyyət göstərən İnkluziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin uşaqlarının  ifasında  uşaq hüquqlarından bəhs edən səhnəciklər nümayiş etdirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü