Modern.az

ABŞ-da fabrikdə partlayış oldu: 75 yaralı

ABŞ-da fabrikdə partlayış oldu: 75 yaralı

Dünya

20 Noyabr 2017, 23:14

ABŞ-da fabrikdə partlayış olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Nyu-York ştatında Verla International kosmetik fabrikində baş verib. Partlayış nətcəsində 75 nəfər xəsarət alıb.

Məlumata əsasən, yaxınlıqda yerləşən bütün yanğınsöndürənlər həyəcan siqnalı ilə hadisə yerinə cəlb olunub.

Yerli sakinlərə evdəki pəncərələri bağlamaq tövsiyyə olunub.

Verla International şirkəti Nyu-Vindzor şəhərində yerləşir və dırnaq boyaları, losyon, ətir və digər kosmetik məhsullar istehsal edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü