Modern.az

Afinada XIII Ali səviyyəli toplantı öz işinə başlayıb

Afinada XIII Ali səviyyəli toplantı öz işinə başlayıb

Aktual

22 Noyabr 2017, 16:59

Bu gün Yunanıstanın paytaxtı Afina şəhərində “Avro–Aralıq dənizi tərəfdaşlığının humanitar problemlərinin həlli” mövzusunda XIII Ali səviyyəli toplantı işə başlayıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) “Marianna V.Vardinoyannis” Fondu ilə əməkdaşlığı çərçivəsində keçirilən beynəlxalq tədbir VI Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyır.

 

Diasporla iş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, toplantıda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Avropa İttifaqı və Aralıq dənizi hövzəsi ölkələrinin nüfuzlu dövlət və siyasi xadimləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri - Latviyanın sabiq prezidentləri Vayra Vike-Freyberqa, Valdis Zatlers, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis, ictimai-siyasi xadimlər, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV əməkdaşlarından ibarət 200 nəfərə yaxın nümayəndə iştirak edir.

 

Tədbirdə Aralıq dənizi hövzəsindəki humanitar böhranların qarşısının alınması üçün ideya və təşəbbüsləri bölüşmək, miqrasiya, inteqrasiya, milli kimlik və multikulturalizm, xüsusilə də separatizm və öz müqəddəratını təyin etmək məsələləri müzakirə edilir.

 

Toplantıda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovçıxış edib.

Beynəlxalq tədbirin iştirakçılarını salamlayan Əli Həsənov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Mariana Vardinoyannis Fondunun tərəfdaşlığının ölkələrimiz arasındakı əlaqələrin və bütün regionun güclənməsində mühüm rol oynadığını vurğulayaraq deyib ki, Yüksək Səviyyəli Afina Toplantısı müasir dünyanı narahat edən çox aktual mövzuya həsr olunub və Azərbaycan hökuməti adından bir sıra fikirlərimizi diqqətinizə çatdırmaq istəyirəm.

 

“Avropa İttifaqı, Şimali Afrika, Orta Şərq və Cənub-Şərqi Avropa ölkələrini birləşdirən Aralıq dənizi hövzəsində beynəlxalq terrorizmin və etnik separatizm kimi təhlükəli meyillərin doğurduğu böhranın həlli yollarının axtarılması ilə bağlı müzakirələrin aparılması mühüm əhəmiyyət daşıyır. Qaçqın və miqrant problemlərinin, insan alveri və qaçaqmalçılığın, siyasi və iqtisadi sabitliyə, nəqliyyat-enerji təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərin aradan qaldırımasındakı çətinliklər hamımızı narahat edir. Müşahidələr göstərir ki, bu təhdidlərin içərisində etnik separatizm və onun mənfi təzahürləri xüsusi yer tutur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü