Modern.az

Deputat: “Azərbaycana qızıl leqal və qeyri-leqal yollarla gətirlir”

Deputat: “Azərbaycana qızıl leqal və qeyri-leqal yollarla gətirlir”

Aktual

24 Noyabr 2017, 12:39

Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən, gələn il yanvarın 1-dən ölkəyə satış məqsədilə idxal ediləcək qızıl və gümüş məmulatları gömrük dəyərinin 15 faizi həcmində gömrük idxal rüsumuna cəlb ediləcək.

Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən qızıl birləşmələri və gümüş 0,5 faiz gömrük idxal rüsumuna cəlb olunur.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, müəyyən malların ölkəyə gətirilməsi zamanı idxal rüsumlarının artırılması gündəmdədir:

“Mebel, avtomobil, qızıl və s. kimi 2 ildə, 5 ildə, 10 ildə bir dəfə alınan mallara yüksək gömrük rüsumunun tətbiqi yolveriləndir. Amma gündəlik tələbat malları, geyim əşyalarının idxalı zamanı minimum rüsum tətbiq edilməlidir ki, ölkə vətəndaşları üçün əlçatan olsun. Belə məhsullarda dövlət rüsumları, ƏDV, gömrük rüsumlarına mütləq baxmaq lazımdır”.

V.Əhmədov ölkəyə leqal və qeyri-leqal yollarla qızıl-zinət əşyaları gətirildiyini vurğulayıb:

“Adətən belə fikirlər var ki, qızılın qiyməti yüksələndə, digər mallara da təsir edir. Amma mən hesab edirəm ki, Azərbaycana leqal və qeyri-leqal üsullarla kifayət qədər qızıl idxal olunur. Ona görə də növbəti ildən qızılın idxal rüsumunun 15 faiz artırılması Azərbaycanın daxili bazarına heç bir təsiri olmayacaq”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü