18 dekabr 2017, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - Oksford Universiteti Nərgiz Paşayeva ilə əməkdaşlığı daimi davam etdirəcək
Oksford Universiteti Nərgiz Paşayeva ilə əməkdaşlığı daimi davam etdirəcək
07.12.2017, 16:02

Böyük Britaniyada işgüzar səfərdə olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin (https://www.orinst.ox.ac.uk/nizami-ganjavi-programme-study-languages-and-cultures-azerbaijan-and-caucasus) Azərbaycan tərəfdən rəhbəri, akademik Nərgiz Paşayeva dekabrın 5-də Oksford Universitetinin Akademik Proqramlar üzrə İnkişaf Departamentinin direktoru Entoni Qrin və Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri professor Edmund Hertsiq ilə görüşüb.

Modern.az AZƏRTAC-a xəbər verir ki, görüşdə Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin 2017-ci ildəki elmi-tədris fəaliyyəti müzakirə edilib. Başlıca olaraq 2018-ci ildən etibarən Mərkəzin Universitetdə daimi fəaliyyətinə dair həyata keçiriləcək rəsmi, protokol mərhələləri və elmi-tədris planları haqda geniş fikir mübadiləsi aparılıb. İlk növbədə, Universitetin rəsmi nümayəndəsi Entoni Qrin bu illər ərzində Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri akademik Nərgiz Paşayeva ilə şəffaf, ikitərəfli inam və etimad əsasında qurulmuş əməkdaşlıqdan məmnunluq hissini ifadə edib və Universitetin rəhbərliyi adından akademik Nərgiz Paşayevaya minnətdarlığını çatdırıb. O qeyd edib ki, dünyanın ən qədim və ən nüfuzlu elm ocaqlarından sayılan Oksford Universiteti dəyişməz qayda olaraq əməkdaşlıq etdiyi tərəf müqabilini həmişə böyük diqqətlə seçir və əsl akademik tutumu, davamlı elmi-pedaqoji təcrübəsi olmayan və alimlərin təmsil edilmədiyi təklif və layihələrdə iştirak etmir. Entoni Qrin Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin fəaliyyət göstərdiyi beş il ərzində artıq özünün akademik simasını doğrultduğunu və bu Universitetin bundan sonra daimi bir hissəsinə çevrilməsini əhəmiyyətli tarixi bir an kimi qiymətləndirib. Universitetin rəsmi nümayəndəsi qeyd edib ki, bu tarixdən başlayaraq Oksford Universiteti akademik Nərgiz Paşayevanın rəhbərliyi altında Nizami Gəncəvi Mərkəzinin Oksford Universitetində daimi fəaliyyətinin təmin edilməsi üçün bütün səyləri göstərməyə hazırdır.

Bu daimiliyin gerçəkləşdirilməsi üçün Mərkəzin yaradılmasının ilk günlərindən böyük əmək sərf edən Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun keçmiş direktoru, həmin universitetin Nizami Gəncəvi Mərkəzinin İngiltərə tərəfdən hazırkı rəhbəri və Şərqşünaslıq İnstitutunun aparıcı professoru Edmund Hertsiq akademik Nərgiz Paşayevanın təklifi nəticəsində Azərbaycan elmi və ümumiyyətlə, Azərbaycan tarixi üçün böyük və qürurverici bir yenilik haqqında da məlumat verib. O deyib ki, Nizami Gəncəvinin adının, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına verilməsi ilə bağlı təklifin rəsmi razılığı alınıb. Qeyd edək ki, bu təklif akademik Nərgiz Paşayeva tərəfindən Universitet rəhbərliyinə verilmişdir.

Öz növbəsində, akademik Nərgiz Paşayeva ona və onun timsalında bütün Azərbaycan elmi cəmiyyətinə və tarixinə göstərilən bu böyük etibara və hörmətə görə professor Edmund Hertsiqə və Entoni Qrinə böyük təşəkkürünü bildirib. Professor Nərgiz Paşayeva qeyd edib ki, Oksford Universitetində Nizami Gəncəvi Mərkəzinin daimiliyi, ümumiyyətlə, ölkəmiz üçün inkaredilməz uğurdur. Mərkəzin sadəcə beş, on, iyirmi, əlli il deyil, əsrlər boyu Oksford Universitetinin tərkibində qalıb fəaliyyət göstərməsi gələcəkdə bütün Azərbaycan alimləri və tələbə nəsilləri üçün dünyanın bir nömrəli universitetini əlçatan edir. Nizaminin adının Azərbaycanın adı ilə dünya elmi çevrəsinin ən yüksək pilləsində - Oksford Universitetində bərabər, daimi qalması isə ölkəmiz və xalqımız üçün böyük tarixi əhəmiyyət daşıyır.

Qeyd edək ki, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi 2013-cü ildə yaradılıb və bu günədək Qərbdə Azərbaycan elmini dünyada təmsil edən ali elm ocağında yeganə rəsmən qəbul edilmiş funksional akademik Mərkəzdir.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan Tacikistana yeni səfir göndərir
18.12.2017, 20:02

Azərbaycan Tacikistana yeni səfir göndərir

Oqtay Əsədov: “Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında maraqlıdır”
18.12.2017, 19:51

Oqtay Əsədov: “Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında maraqlıdır”

Gənç vokal ifaçısının daha bir uğuru
18.12.2017, 18:55

Gənç vokal ifaçısının daha bir uğuru

Parlamentə gözyaşardcı qazla hücum oldu
18.12.2017, 18:44

Parlamentə gözyaşardcı qazla hücum oldu

Elmar Məmmədyarov Avropa Parlamentinin deputatı ilə görüşüb
18.12.2017, 18:32

Elmar Məmmədyarov Avropa Parlamentinin deputatı ilə görüşüb

Bankomatdan oğurluq etmək istəyən şəxs saxlanıldı
18.12.2017, 18:26

Bankomatdan oğurluq etmək istəyən şəxs saxlanıldı

Dövlət qulluğuna imtahan verənlərin yaş tərkibi AÇIQLANDI
18.12.2017, 18:17

Dövlət qulluğuna imtahan verənlərin yaş tərkibi AÇIQLANDI

Turizm Şurasının altıncı iclası keçirilib
18.12.2017, 18:05

Turizm Şurasının altıncı iclası keçirilib

Qənirə Paşayevadan onkoloji xəstəliyi olan jurnalistlə bağlı YENİ XƏBƏR
18.12.2017, 18:01

Qənirə Paşayevadan onkoloji xəstəliyi olan jurnalistlə bağlı YENİ XƏBƏR

Anar Məmmədovun federasiyasında İSTEFALAR - külli miqdarda borcu var
18.12.2017, 17:52

Anar Məmmədovun federasiyasında İSTEFALAR - külli miqdarda borcu var

Güləş məşqçisinə prezident təqaüdü verildi
18.12.2017, 17:41

Güləş məşqçisinə prezident təqaüdü verildi

Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi - SİYAHI
18.12.2017, 17:37

Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi - SİYAHI

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
18.12.2017, 17:22

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Bioloji Təbabət Klinikasından jurnalistlərə ENDİRİM - 50 faiz güzəşt
18.12.2017, 17:16

Bioloji Təbabət Klinikasından jurnalistlərə ENDİRİM - 50 faiz güzəşt

Elmar Məmmədyarov Doroxini qəbul etdi
18.12.2017, 17:11

Elmar Məmmədyarov Doroxini qəbul etdi

Almaniyada keçmiş rəqiblər koalision hökumət quracaq
18.12.2017, 17:08

Almaniyada keçmiş rəqiblər koalision hökumət quracaq

Bakıda tikinti şirkətlərinin rəhbərləri həbs edildi
18.12.2017, 17:03

Bakıda tikinti şirkətlərinin rəhbərləri həbs edildi

İlham Əliyev “Euronews”un suallarını cavablandırdı
18.12.2017, 16:58

İlham Əliyev “Euronews”un suallarını cavablandırdı

2017-ci ildə vəfat edən dünya MƏŞHURLARI
18.12.2017, 16:46

2017-ci ildə vəfat edən dünya MƏŞHURLARI

Sudan KİV-ləri AZƏRTAC ilə əməkdaşlığa can atır
18.12.2017, 16:36

Sudan KİV-ləri AZƏRTAC ilə əməkdaşlığa can atır

Rusiyadan ABŞ-a tələb: “Avropadan nüvə başlıqlarını çıxardın”
18.12.2017, 16:17

Rusiyadan ABŞ-a tələb: “Avropadan nüvə başlıqlarını çıxardın”

Prezident Zabit Səmədova mənzil verdi
18.12.2017, 16:03

Prezident Zabit Səmədova mənzil verdi

Azercell-lə “Karyerada ilk addım”
18.12.2017, 15:47

Azercell-lə “Karyerada ilk addım”

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...   
18.12.2017, 15:41

Universitetlərdə rektor seçkisi keçirilsə, nə baş verər...  

Ermənistanda hərbi xidmətdən imtina edən gənclər aclığa başladılar
18.12.2017, 15:40

Ermənistanda hərbi xidmətdən imtina edən gənclər aclığa başladılar

Quba və Xaçmazda “ağ ölüm” əleyhinə maarifləndirici tədbirlər keçirilib
18.12.2017, 15:28

Quba və Xaçmazda “ağ ölüm” əleyhinə maarifləndirici tədbirlər keçirilib

Mətbuat Şurası “qara siyahı”dakı KİV-lərin ümumi sayını açıqladı
18.12.2017, 15:18

Mətbuat Şurası “qara siyahı”dakı KİV-lərin ümumi sayını açıqladı

Tərtərin 11 kəndinə içməli su verildi
18.12.2017, 15:15

Tərtərin 11 kəndinə içməli su verildi

Rusiya Yaxın Şərqdə güclənəcək, ABŞ qıcıqlanacaq - HESABAT
18.12.2017, 15:14

Rusiya Yaxın Şərqdə güclənəcək, ABŞ qıcıqlanacaq - HESABAT

Səudiyyə Ərəbistanının müharibə videosuna İrandan QARŞILIQ - VİDEO
18.12.2017, 14:58

Səudiyyə Ərəbistanının müharibə videosuna İrandan QARŞILIQ - VİDEO

İlham Əliyev “Qarabağ”ın oyunlarından DANIŞDI  
18.12.2017, 14:49

İlham Əliyev “Qarabağ”ın oyunlarından DANIŞDI  

Dünyanın ən ucqar qəsəbəsi  - FOTOLAR
18.12.2017, 14:35

Dünyanın ən ucqar qəsəbəsi  - FOTOLAR

Azərbaycanlı jurnalistlər Türkiyədən qayıdıblar - Səfər TƏƏSÜRATLARI   
18.12.2017, 14:22

Azərbaycanlı jurnalistlər Türkiyədən qayıdıblar - Səfər TƏƏSÜRATLARI  

Türkiyə, Azərbaycan və İran xarici işlər nazirləri müzakirə aparacaq
18.12.2017, 14:05

Türkiyə, Azərbaycan və İran xarici işlər nazirləri müzakirə aparacaq

Şou-biznes nümayəndələrindən kimlər xeyriyyəçilik edir? - ADLAR   
18.12.2017, 14:02

Şou-biznes nümayəndələrindən kimlər xeyriyyəçilik edir? - ADLAR  

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.15%)
Araz Ağalarov (11.7%)
Mübariz Mənsimov (19.4%)
Fərhad Əhmədov(12.0%)
Füzuli Məmmədov(53.2%)
Telman İsmayılov (0.11%)
İsgəndər Xəlilov(0.07%)
Vaqif Məmişov(0.07%)
Heç biri(2.03%)
Digərləri(1.01%)