Modern.az

Deputatların bazar GÜNÜ

Deputatların bazar GÜNÜ

Parlament

10 Dekabr 2017, 17:13

Həftənin istirahət vaxtı bazar gününə təsadüf etdiyindən  insanlar zamanını ailəyə, yaxınlarına sərf edir. Çünki bazar günü bir çox qurumlar işləmir. Bütün təhsil ocaqları bağlı olur. Deməli, bazar gününü hər kəs bir cür keçirir. Kimi evdə oturmağa, kimi də açıq səmada olmağa üstünlük verir.

 

 

Bəs Milli Məclisin çalışqan deputatları bazar gününü necə keçirir?

 

 

Modern.az saytı “deputatların bazar günü” rubrikasını təqdim edir.

 

 

 

 

Zərdabdan seçilən xanım deputat Jalə Əliyeva bazar günündə ailəyə vaxt ayırdığını bildirib

“Bazar günü elə gündür ki, qurumlar da bağlı olur. Həftənin 5 günü gərgin iş rejimində oluruq. Amma bazar günü də tam olaraq özümüzə həsr edə bilmirik. Sadəcə, ailə, uşaqlar bazar gününü səbirsizliklə gözləyirlər ki, onlarla bir yerdə olaq. Uşaqlar 5 gün bağçada olduğundan istirahət günündə böyüklərin əhatəsində olmaq istəyirlər. Mən də bazar gününü əsasən nəvələrimə həsr edirəm”. 

 

Xaçmazdan seçilən deputat Eldəniz Səlimov bazar günləri rayona getdiyini deyir

“Əgər şəhərdə tədbir yoxdursa, hər həftənin bazar günü Xaçmaz rayonuna gedirəm. Amma Milli Məclisin plenar, komitə iclasları zamanı və rəsmi tədbirlərdə iştirak etmək üçün Bakıda oluram. Digər vaxtlarda isə rayona üz tuturam. Düşünürəm ki, həftə sonları rayonlara getmək daha yaxşıdır”.

 

 Ağdaşdan seçilən deputat Cavid Osmanov da bazar gününü ailəyə həsr etdiyini söyləyib

“Ayda 2 dəfə Ağdaşa seçicilərlə görüşə gedirəm. Amma bazar gününü evdə keçirirəm. Günümü ailəyə, uşaqlara həsr edirəm. Həftə ərzində yorğun və gərgin olduğumuzdan bazar günü evdə olmağa üstünlük veririk. Düşünürəm ki, bazar günlərini evdə keçirmək daha yaxşıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır