18 iyul 2018, Çərşənbə axşamı
Ana Səhifə - TƏHSİL - Universitetin geniş rezonansa səbəb olan "UNEC2B" platforması
Universitetin geniş rezonansa səbəb olan "UNEC2B" platforması
11.12.2017, 12:09

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) iş dünyası ilə birlikdə yeni strateji əməkdaşlığa start verib. Universitetdən Modern.az-a verilən məlumata görə, təqdim olunan “UNEC2B” Platforması çərçivəsində tədrisin əmək bazarının tələbələrinə uyğunlaşdırılması, sahibkarlıq universiteti modelinin yaradılması və UNEC məzunlarının işlə təmin olunmasında birgə fəaliyyət təmin ediləcək.

 

 “UNEC2B” Platformasının əsas istiqamətləri aşağıdakılar olacaq:

 

1. UNEC məzunlarını işə götürdüyü halda 3 il ərzində işəgötürənlərin sifarişi əsasında “servis xidməti”, yəni onlar üçün UNEC tərəfindən ödənişsiz ixtisasartırma kursları təşkil edilir;

 

2.İşə qəbulla bağlı müsahibə zamanı UNEC tələbələrinin zəif cəhətlərini bildirdikləri təqdirdə, məzun olana qədər həmin tələbələrin həmin zəifliyinin aradan qaldırılması üçün işəgötürənin verdiyi proqram əsasında UNEC tərəfindən pulsuz kurs təşkil edilir;

 

3. İşəgötürənlərin təklifi əsasında müxtəlif ixtisasları təmsil edən tələbələrdən ibarət komanda şəklində mütəxəssis hazırlığı həyata keçirilir;

 

4. UNEC məzunlarını işə götürmək istədikləri halda işəgötürənlərə yardım etmək üçün onların bilik və bacarıqlarını diaqnostika etmək məqsədilə beynəlxalq praktikada qəbul edilmiş UNEC Neyrolinqvistik Test Laboratoriyası yaradılır və onun xidməti təşkil edilir;

 

5. Yerli sahibkarların istehsal etdiyi məhsulların ixracının təşviqi və dünya bazarında online marketinq araşdırmasının aparılması məqsədilə UNEC Digital Marketinq Mərkəzinin xidmətləri təklif edilir;

 

6.UNEC məzunlarının iş və işəgötürənlərin tələb olunan peşəkarları tapmasına yardım etmək məqsədilə daimi əsasda fəaliyyət göstərən job.unec.edu.az virtual əmək birjası təşkil edilir;

 

7. “UNEC2B” Koordinasiya Şurası yaradılır. Şuraya Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Auditorlar Palatası və Bank Tədris Mərkəzi daxil edilir. Şuraya ilk sədrlik UNEC-in rektoruna həvalə edilir və rotasiya əsasında hər il dəyişdirilir;

 

8. İstədikləri halda işəgötürənlərin universitet və fakültə rəhbərliyində təmsil olunmasına şərait yaradılır.

 

Məlumata görə, işin UNEC məzununa və UNEC məzununun işə uyğunluğunu müəyyən edən UNEC Neyrolinqvistik Test Laboratoriyası yaradılmaqla, yerli məhsulların xarici bazarlarda rəqəmsal marketinqini həyata keçirmək üçün Digital Marketinq xidməti təşkil edilməklə və job.unec.edu.az virtual əmək birjası yaradılmaqla UNEC ekspertləri tərəfindən işəgötürənlərə yardım ediləcək.

 

Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa deyir ki, Azərbaycanda təhsilin inkişafı, universitet modelinin təkmilləşdirilməsi üçün bir sıra maraqlı təşəbbüslərə imza atan (Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) cəmiyyətə təqdim etdiyi yeni platforma faydalı bir yenilik kimi xarakterizə oluna bilər: "UNEC2B" Platformasının gündəmə gəlməsi ilə yalnız universitet məzunları və işəgötürənlər arasında rasional əlaqənin qurulması prosesi başlamır, eyni zamanda Azərbaycanda yeni universitet modelinin mühüm konturları müzakirəyə çıxarılır. Sahibkarlıq universiteti modeli ilə yanaşı, Azərbaycanda öz məzunlarına görə, məsuliyyət daşıyan universitet anlayışı da tamamilə yenidir. Eyni zamanda bu Platforma öz məzunlarının hazırlıq səviyyəsinə güvənən universitet modelini də təqdim edir. Əmək bazarının tələbləri müasir dövrdə çoxşaxəli və çevik dəyişkən xarakterdədir. Universitetin bu çoxşaxəliliyə və çevikləyə cavab verən bir təhsil və təcrübə metodikası işləməsi asan məsələ olmasa da, "UNEC2B" Platformasında nəzərdə tutulan təkliflər cilalanmış bir reallıq sənədi kimi qəbul olunur. İstər müddətlərdə olsun, istər də tərəflərin maraqlarının dəqiq müəyyənləşməsində olsun, hər birində müasir dövrün konkret sahələr üzrə kadrlarının dəyərləndirilməsinin şəffaf meyarlarını görmək mümkündür. Sahibkarların tələbi olduqda UNEC-in 3 il müddətində ixtisasartırma funksiyasını öz üzərinə götürmə, işə götürülən məzunların biliklərinin diaqnostik  qiymətləndirilməsini təmin edən beynəlxalq təcrübəyə uyğun olaraq  Neyrolinqvistik Test Labarotoriyasının yaradılması sahibkar üçün kadr risqi təhlükəsini tamamilə minimuma endirir və universitetlə sahibkar arasında məsuliyyət paylaşımını gerçəkləşdirir. UNEC-in təşəbbüsü ilə virtual əmək birjasının yaradılması isə peşəkar kadrların axtarışı işində bütün mürəkkəbliyi ortadan qaldırır. Bu platformanın əhəmiyyəti yalnız bir universitetin məzunlarla əmək bazarı arasında sistemli əlaqəsinin qurulması ilə yekunlaşmır, eyni zamanda universitetlərin real müxtariyyəti üçün imkanları genişləndirir. Sahibkarların bu təşəbbüsə pozitiv yanaşması ən vacib şərtlərdən biridir. Əmək bazarının canlanması və ayrı-ayrı biznes strukturlarının daha keyfiyyətli kadrlarla təmin olunması perspektivi  üçün bu cür yaradıcı layihənin qanunvericilik bazasının da təkmilləşdirilməsi zərurəti vardır".

 

Təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev bildirir ki, ali məktəblərin reytinqinin əsas kriteriyalarından biri məzunların işlə təmin olunmalarıdır: "Məzunların böyük kəsiminin işlə təminatı üçün ali məktəblər birinci növbədə təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün ciddi işlər görməlidirlər. Bu insan kapitalının inkişafına töhfə verən addımdır. Digər tərəfdən tanınmış reytinq cədvəllərində ali məktəblərimizin yer alması onların Beynəlxalq səviyyədə tanınmalarına gətirib çıxarır. Bu da məzunların üzünə Beynəlxalq əmək bazarının qapılarını açır. Əmək bazarı ilə əlaqələr o səviyyədə qurulmalıdır ki, məzunların işə qəbulu spontan xarakter alsın. UNEC təkcə ölkəmizdə deyil, xaricdə də inkişaf edən universitet imici qazanıb. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Corc Akerlofa görə iqtisadiyyatın fundamental konsepsiyası artıq tamamilə başqa çür görünür: bu bazar tarazlığının konsepsiyasıdır. Fikrimcə "UNEC2B" platforması əmək bazarının tarazlığının qorunmasına hesablanmış platformadır. Ziqmund Freyddən  tutmuş İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Daniel Kanemana qədər bizi müxtəlif arqumentlərlə inandırmağa çalışırlar ki, insanlar çox vaxt özlərinin həqiqi maraqlarına cavab verməyən qərarlar qəbul edirlər. Yəni onlar özləri üçün həqiqətən yaxşı olanı yox, istədikərini seçirlər. Fikrimcə keyfiyyətli təhsilin qurulması və əmək bazarının tələblərinin fəlsəfəsinin açılması gənclərə düzgün qərar qəbul etməyə imkanlar yaradacaq. Bu da İqtisadiyyat elminin əsas paradiqmalarından birinin önə çəkilməsidir. UNEC-dən gələn bu platforma həm də universitetlə əmək bazarı arasında rasional münasibətlərin dərinləşməsinə gətirib çıxaracaq. UNEC bu platforma ilə həm də məzunların zaman-zaman təkmilləşməsinin yeni qaydasını müəyyənləşdirdi. Post-sənaye cəmiyyətinin bilikləri daha çox tətbiqi xarakter daşıyır. Sahibkarlıq universiteti biliklərin tətbiq sferasını genişləndirəcək".


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ-da silahlı insident
18.07.2018, 01:03

ABŞ-da silahlı insident

Yarım milyon qızılgüldən piramida ucaldıldı
18.07.2018, 00:49

Yarım milyon qızılgüldən piramida ucaldıldı

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır - Video
18.07.2018, 00:36

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır - Video

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi məlum oldu
18.07.2018, 00:20

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi məlum oldu

Heydər Əliyev prospektində gənc oğlanı maşın vurdu
18.07.2018, 00:04

Heydər Əliyev prospektində gənc oğlanı maşın vurdu

ABŞ Dünya Ticarət Təşkilatından icazə gözləyir
17.07.2018, 23:48

ABŞ Dünya Ticarət Təşkilatından icazə gözləyir

İran nüvə proqramını davam etdirəcək, əgər ...
17.07.2018, 23:26

İran nüvə proqramını davam etdirəcək, əgər ...

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
17.07.2018, 23:12

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Bakıda zəncirvari qəza - VİDEO
17.07.2018, 22:56

Bakıda zəncirvari qəza - VİDEO

Dənizdə batan 2 nəfər xilas edilib
17.07.2018, 22:41

Dənizdə batan 2 nəfər xilas edilib

İtaliya prezidenti Azərbaycana gəlib - FOTOLAR
17.07.2018, 22:23

İtaliya prezidenti Azərbaycana gəlib - FOTOLAR

Ukrayna dairəsində təmir başa çatır
17.07.2018, 22:11

Ukrayna dairəsində təmir başa çatır

“Qarabağ”a  sürpriz etməyi düşünmürəm” – Rəqib baş məşqçi
17.07.2018, 21:54

“Qarabağ”a  sürpriz etməyi düşünmürəm” – Rəqib baş məşqçi

BMT: Bir milyarddan çox insan risk altındadır
17.07.2018, 21:40

BMT: Bir milyarddan çox insan risk altındadır

Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru kollektivə təqdim edilib
17.07.2018, 21:26

Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru kollektivə təqdim edilib

Xoşqədəm Hidayətqızının tapdığı  uşağı “tok” vurub öldürdü
17.07.2018, 21:26

Xoşqədəm Hidayətqızının tapdığı  uşağı “tok” vurub öldürdü

105 dövlət əmlakı özəlləşdirilir
17.07.2018, 21:19

105 dövlət əmlakı özəlləşdirilir

Qırğızıstanı 4,7 ballıq zəlzələ silkələdi
17.07.2018, 21:04

Qırğızıstanı 4,7 ballıq zəlzələ silkələdi

Pakistanlı turistlər Qəbələdə qəzaya düşdülər
17.07.2018, 20:55

Pakistanlı turistlər Qəbələdə qəzaya düşdülər

İŞİD-çilər kütləvi şəkildə  güllələndi
17.07.2018, 20:41

İŞİD-çilər kütləvi şəkildə  güllələndi

Sabah Bakınınbu rayonunda qaz olmayacaq
17.07.2018, 20:28

Sabah Bakınınbu rayonunda qaz olmayacaq

“Öz oyunumu həll etməmiş rəqib haqqında düşünmürəm” - Qurban Qurbanov
17.07.2018, 20:14

“Öz oyunumu həll etməmiş rəqib haqqında düşünmürəm” - Qurban Qurbanov

Bu il Azərbaycanda 6 min yeni ev tikilib
17.07.2018, 20:01

Bu il Azərbaycanda 6 min yeni ev tikilib

Sumqayıtda yanğın olub
17.07.2018, 19:29

Sumqayıtda yanğın olub

Azərbaycan və Hindistan Hökumətlərarası Komissiyasının tərkibi dəyişdirilib
17.07.2018, 19:21

Azərbaycan və Hindistan Hökumətlərarası Komissiyasının tərkibi dəyişdirilib

Oğuzda avtomobil çaya düşdü
17.07.2018, 18:59

Oğuzda avtomobil çaya düşdü

Rüsum ödəmədən alkoqollu içki və siqaret gətirənlərin NƏZƏRİNƏ: Miqdarı AZALDILDI
17.07.2018, 18:55

Rüsum ödəmədən alkoqollu içki və siqaret gətirənlərin NƏZƏRİNƏ: Miqdarı AZALDILDI

İlham Əliyev Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb
17.07.2018, 18:47

İlham Əliyev Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb

Prezidentdən Azərbaycan dilinin elektron məkanda geniş istifadəsi ilə bağlı SƏRƏNCAM
17.07.2018, 18:40

Prezidentdən Azərbaycan dilinin elektron məkanda geniş istifadəsi ilə bağlı SƏRƏNCAM

Dənizdə batan iki gəncin meyiti tapıldı - YENİLƏNİB
17.07.2018, 18:32

Dənizdə batan iki gəncin meyiti tapıldı - YENİLƏNİB

Qəbələdə yol tikintisinə 6,8 milyon manat ayrılıb
17.07.2018, 18:29

Qəbələdə yol tikintisinə 6,8 milyon manat ayrılıb

Prezident “Yanar dağ”a görə 1,2 milyon manat ayırdı
17.07.2018, 18:20

Prezident “Yanar dağ”a görə 1,2 milyon manat ayırdı

Rezidenturaya qəbul yerləri artırılacaq - Nazirlər Kabinetinə müraciət edildi
17.07.2018, 17:52

Rezidenturaya qəbul yerləri artırılacaq - Nazirlər Kabinetinə müraciət edildi

Bakıda Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti tədbiri keçirilib
17.07.2018, 17:40

Bakıda Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti tədbiri keçirilib

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
17.07.2018, 17:16

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

ARXİV