"Sabah" komandası Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.
Modern.az-ın məlumatına görə, Masazır təmsilçisi XXIX turun sonuncu matçında "Karvan-Yevlax"a qalib gəlib.
"Bank Respublika Arena"dakı qarşılaşma 2:0 hesabı ilə bitib.
Günün ilk görüşündə "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib - 1:1.
Xatırladaq ki, daha əvvəl "Sumqayıt" "İmişli"ni (2:0), "Şamaxı" "Kəpəz"i (2:0), "Qarabağ" "Neftçi"ni (5:1) məğlub edib. "Qəbələ" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib - 1:1.